azadses.az » Cəmiyyət » Azərbaycan - Pakistan Texnologiya Forumu keçirilib - FOTO

Azərbaycan - Pakistan Texnologiya Forumu keçirilib - FOTO

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan – Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təşkilatçılığı ilə Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib.

Forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.

Nazir əlavə edib ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi ifadə olunub. Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var.

“Biz Pakistanın texnologiya şirkətlərini Azərbaycanda tədqiqat mərkəzləri yaratmağa dəvət edirik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan – Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, PAKAZCHAM-ın prezidenti Xürrəm Bhatti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar nümayiş olunub.

Forum B2B və B2G formatında görüşlərlə davam edib.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib