azadses.az » Cəmiyyət » Bir həftə əvvəl şəhid olan Ravilin xanımı: “Kirayə qaldığımız yerin sahibi soruşdu ki, evdən çıxırsınız?”

Bir həftə əvvəl şəhid olan Ravilin xanımı: “Kirayə qaldığımız yerin sahibi soruşdu ki, evdən çıxırsınız?”

Erməni silahlı birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovdur.

Əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil Hümbətov 1987-ci il oktyabrın 10-da dünyaya göz açıb. Ravil Hümbətov Mədəniyyət və İncəsənət Universitetini bitirsə də, meylini hərbi sahəyə yönəldib.

Bu ilin mayında könüllü olaraq əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub.

“Ölümündən bir həftə əvvəl “mənimlə fəxr edəcəksən, Milli Qəhrəman olacağam” - dedi. Düşündüm ki, bəlkə Vətən müharibəsində döyüşdüyünə görə hansısa mükafat və ya medalla təltif olunacaq. Özündən də soruşdum. “Görəcəksən, soruşma” - deyə söhbəti yayındırdı... Sən demə şəhid olacağını nəzərdə tuturmuş... İndi şəhidin özündən sonra 3 yaşlı və 5 aylıq qız övladları qaldı...”

Bu sözləri ürək yanğısı ilə Bizim.Media-ya şəhidin həyat yoldaşı Leyla Hümbətova deyib.

O, iki azyaşlı qızlarının hər gün atalarını axtarmalarına dözə bilmədiyini dilə gətirib:

“İkinci övladını cəmi 2 gün görə bildi. Xidmətdə olduğu dövrdə hər gün görüntülü danışırdıq.

“Qızlarımı göstər” deyirdi. Onun yoxluğu çox ağırdır. İndi 3 yaşlı qızımın “Atam gələcək?” sualına cavab verə bilmirəm. Sonuncu dəfə onunla sentyabrın 12-si gecə danışdıq. Mənə “ola bilər ki, telefonuma zəng çatmasın. Sən narahat olma. Özüm sizə zəng edəcəyəm. Elə bir yerə gedəcəyəm ki, orada şəbəkə olmayacaq” - dedi. Ürəyimə şübhə düşdü. Səhər 6-ya 27 dəqiqə işləmiş “WhatsApp”da olduğunu gördüm. Tez ona yazdım ki, xəbər alım. Mesajım çatmadı. Zəng etdim, əlaqə baş tutmadı. 3 saat sonra şəhid xəbərini aldım. Bəlkə də telefonunu əlinə alıb ki, bizə yazsın və nəsə desin. Amma yazmayıb... Məlumat var ki, saat 6-7 aralığında şəhid olub”.

Şəhidin həyat yoldaşı ilə söhbətdə o da məlum oldu ki, Leyla Hümbətova 2 azyaşlı övladı ilə kirayədə qalır:

“Bir neçə gün əvvəl ev sahibi kirayə haqqını almaq üçün gəlmişdi. Məndən soruşur ki, çıxırsınız, ya qalırsınız? Dedim getməyə yerimiz yoxdur, hara gedək? Bu dəfə 370 manatı ödədik, getdi.

Əvvəl rəqs müəllimi kimi çalışmışam. İkinci övladım olandan sonra işləmirəm. Hələ ki heç yerdən maddi dəstəyim yoxdur. Özüm də heç kimə və heç yerə müraciət etmirəm. İki qız böyüdürəm, bilirəm ki, mənə çox çətin olacaq”, - şəhidin həyat yoldaşı əlavə edib.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Ravil Hümbətov İkinci Qarabağ savaşında da Qubadlı, Füzuli və Cəbrayıl istiqamətlərində qəhrəmancasına vuruşub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu