Həkimdən HƏYƏCAN TƏBİLİ: “Hazırda yayılan xəstəliklərin təxminən 48-72 saat kəskin dönəmi mövcuddur”
Uşaqlar arasında üç gün qızdırma ilə müşahidə edilən xəstəlik yayılıb. Bir müddətdir davam edən virus artıq valideynlər arasında narahatlığa səbəb olub. Onun hansı formada və necə yayıldığını izləmək olmur.
İlkin simptom kimi hərarət, qusma və halsızlıq olduğu deyilir. Valideynlər bildirirlər ki, dərman belə, uşaqlarda hərarəti endirmir. Məktəblərin açılması valideynlərin narahatlığını bir az da artırır.
Valideynlər hansı halda dərhal həkimə müraciət etməlidirlər? Bu virusdan uşaqları necə qorumalı?
Mövzu ilə əlaqədar Oxu.Az-ın suallarını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev cavablandırıb.
O bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır:
“Hər-hansı yeni aşkar olunan virus və ya bakteriya növü mövcud deyil. Uşaqlarda müayinə zamanı daha çox yuxarı tənəffüs yollarının infeksiyası olaraq adenoviruslar və influenzaviruslar üstünlük təşkil edir. Bununla yanaşı, mədə-bağırsaq sistemini tutan, qastroenteritə səbəb olan enteroviruslar, rotaviruslara da pasiyentlər arasında rast gəlinir.
Hazırda xüsusi təhlükəli hər hansı bir infeksiya aşkarlanmayıb. Bütün virus infeksiyaları kimi, hazırda yayılan xəstəliklərin də təxminən 48-72 saat kəskin dönəmi mövcuddur. Sözügedən müddətdən sonra isə tədricən temperatur düşür və xəstə özünü yaxşı hiss etməyə başlayır”.
“Bu dönəmdə xüsusilə 1-6 aylığında olan körpələrə qarşı daha diqqətli olmaq lazımdır. Hərarət 24 saatdan çox davam edərsə, qusma və ishal olarsa, körpənin çoxlu maye itirməməsi (dehidratasiyaya məruz qalmaması) üçün erkən dönəmdə həkimə müraciət etmək məqsədəuyğundur”, - deyə həkim qeyd edib.