azadses.az » Cəmiyyət » Yüzlərlə müəllim işsiz olduğu halda, üç min vakant yer niyə tutulmayıb? - RƏY + FOTO

Yüzlərlə müəllim işsiz olduğu halda, üç min vakant yer niyə tutulmayıb? - RƏY + FOTO

Bu il məktəblərdə üç mindən çox müəllim yeri boş qalıb. Bununla bağlı ötən gün Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli açıqlama verib. O bildirib ki, vakansiyaya 9805 yer çıxarılıb, lakin həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən altı min nəfər olub. Tutulmayan vakant yerlər isə dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir.

Bildirək ki, bu il 60 002 namizəd müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak etmək üçün müraciət edib. Lakin 54 804 nəfər qeydiyyatını təsdiqləyərək test imtahanı mərhələsinə dəvət olunub. Onlardan isə 44 300 namizəd imtahanlarda iştirak edib.

Maraqlıdır, ölkədə minlərlə müəllim işsiz qaldığı halda, üç min yerin tutulmamasının səbəbi nədir?

Təhsil eksperti Məzahir Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi müəllimlərin işə qəbuluyla bağlı məsələyə yenidən baxmalıdır:



“MİQ imtahanları artıq neçə ildir ki, keçirilir. Təəssüf ki, bu günə qədər qaydalarda bir yenilik olmayıb. Sadəcə, maksimum bal 60-dan 100-ə qaldırılıb. Amma burada əsaslı dəyişikliyə ehtiyac var. Rəsmi şəkildə elan olundu ki, üç mindən çox boş yer qalıb. Bu isə rayonlarda, ucqar dağ kəndlərində olan məktəblərlə bağlıdır.

Məsələn, Bakı şəhərində məskunlaşmış bir müəllim imtahan verir, vakansiyaya çıxarılan yer isə Yardımlının Bozayran kəndindədir. Ona görə də müəllim o vakansiyaya maraq göstərmir. Təzad ondadır ki, Yardımlıda yaşayan işsiz qalan müəllimlər var. O, vakant yeri doldura bilər. Amma göründüyü kimi, müəllimlərin işə qəbul qaydasında bu nəzərə alınmayıb, boşluq var. O boşluğu doldurmaq üçün Təhsil Nazirliyi müəllimlərin işə qəbuluyla bağlı məsələyə yenidən baxmalıdır”.

Ekspert qeyd edib ki, müəllimlərin əksəriyyətinin yeri dəyişik düşür. Əgər vakansiyalar bölgələr, heç olmasa, regional idarələr üzrə çıxarılsa, bu problemin qarşısı alınar:

“Qubadan olan Ucara, Ucardan olan Şamaxıya düşə bilir və o müəllimlərə üç il lazımdır ki, həmin rayonda çalışsınlar və sonra yerdəyişmədə iştirak edə bilsinlər. Bu kimi hallar digər neqativlərə də yol açır. Məsələn, ucqar yerlərdə vakansiyanı təmin edən müəllim məktəbə formal olaraq gedib özünü qeydiyyata saldırır və məktəb direktoru ilə razılaşır ki, üç il məktəbə gəlməsin, sadəcə, adı getsin, kimsə onu əvəzləsin, nəticədə şagirdlər dərsdən kənarda qalırlar. Bu neqativlər həm cəmiyyətdə, həm Təhsil Nazirliyində bilindiyi halda, qarşısının alınması üçün konkret addımlar yoxdur. Təhsil Nazirliyinin rəhbərliyi bunu nəzərə alsın. MİQ-də ya yumşalmalar aparsın, ya da qarşılıqlı yerdəyişmənin formatını tapsın”.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov isə diqqətə çatdırıb ki, bu vəziyyət bir çox inkişaf etməkdə olan ölkədə var:



“Çünki dünyanın bir çox ölkəsində urbanizasiya, yəni kəndlərdən şəhərlərə köç var. Bu urbanizasiya şəhərlərdə müəllim sıxlığına, müəllimlərin işsiz qalmasına, kəndlərdə isə müəllim çatışmazlığına gətirib çıxarır. Belə hal bəzən fənlərlə də əlaqəli olur. Məsələn, riyaziyyat, ingilis dili müəllimi normadan çox olur, tarix-coğrafiya fənninin tədrisində isə müəllim çatışmır. Bu da boş yerlərin olma səbəblərindəndir. Bəzi hallarda isə namizədlər vakant yerlər olsa da, lazımi qədər bal toplaya bilmədikləri üçün işsiz qalırlar”.

Müsahibimiz problemin qarşısını alma yollarından da danışıb:

“Müəllimlər MİQ imtahanından keçməsələr belə, əgər vakant yer varsa, müqaviləli formada öz kənd və qəsəbələrində yerləşən bir məktəbdə müəllim işləyə bilirlər. Bəli, hazırda üç min boş yer var. Amma səbəb bir rayonun müəlliminin təyinatının başqa bir rayona çıxması deyil. Sadəcə, həmin müəllimin öz rayonuna balı çatmır, ona görə başqa ərazidəki məktəbə qəbul olunur.

Müəllimlər öz rayonlarındakı vakant yerlərə müraciət edib işə qəbul oluna bilərlər. Əgər bilirlərsə, ki, öz məktəblərində vakant yerlər var, onlar müəllim köməkçisi kimi müqaviləli işə düzələ bilərlər. Məktəb direktoru əgər, həqiqətən, etibarlı bir şəxsdirsə, şəffaf bir şəkildə həmin müəllimi qəbul edib öz məktəbinə yetişdirər və MİQ imtahanından keçdikdən sonra o, normal şəkildə işə davam edər”.

Qeyd edək ki, bu gün müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir. Vakansiya seçimləri bu gün saat 11:00-dan başlayır və 12 sentyabr saat 11:00-da başa çatacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu