azadses.az » Cəmiyyət » Kəmaləddin Heydərov yeni pilot layihənin tətbiqi ilə bağlı tapşırıq verdi - FOTO

Kəmaləddin Heydərov yeni pilot layihənin tətbiqi ilə bağlı tapşırıq verdi - FOTO

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, nazirin birinci müavini, general-leytenant Rəfail Mirzəyev və nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirə FHN-in maddi-texniki təchizatı və pilot layihə kimi hazırlanmış fövqəladə halların intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.

Müşavirədə çıxış edən Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ən müasir texnika və avandanlıqlarla təchiz olunmuş Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yenilənməsi həyata keçirilir. Məhz bunun sayəsində FHN baş verən istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparır.

Daha sonra nazir bildirib ki, nazirliyin maddi-texniki təchizatının yenilənməsi üzərində işlər davam etdirilməli, habelə texnika və avadanlıqlara, o cümlədən yanğınsöndürmə və xilasetmə texnikalarına vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi məsələləri bundan sonra da daim diqqət mərkəzində saxlanılmalıdır.

Müasir texnologiyalardan iş prosesində istifadənin vacibliyinə toxunan nazir xüsusilə fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması istiqamətində ən son sistemlərin, o cümlədən rabitə və fövqəladə halların intellektual idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətini qeyd edib.

Sonra fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib. Bildirilib ki, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq.

Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək.

Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu