azadses.az » Cəmiyyət » Azərbaycanda qızıla olan tələbatın aşağı enməsi nə ilə bağlıdır?

Azərbaycanda qızıla olan tələbatın aşağı enməsi nə ilə bağlıdır?

Dünyada hökm sürən qeyri-stabil vəziyyət bir çox sahələrə olduğu kimi, qızıl bazarına da təsir göstərib. Hazırda qızıl qiymətlərinin aşağı düşməsi, eyni zamanda qızıl zərgərlik məmulatlarına olan marağın enməsi də məhz qlobal səbəblərlə bağlıdır.

Bəs Azərbaycanda bu bazarda vəziyyət necədir?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev mövzu ilə bağlı “Report”a bildirib ki, Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir:

“Yay ayları olduğundan daimi alıcıların istirahətdə olmasına görə də qızıl bazarında durğunluq yaşanır. Ölkəyə turist axını olsa da, bu, bazarda canlanmaya səbəb olmayıb. Sentyabrın axırından başlayaraq qızıl bazarının aktivləşəcəyi gözlənilir”



Onun sözlərinə görə, iyun-iyul aylarında qızılın qiymətinin enişi də bazara müəyyən qədər təsir göstərdi: “Bu təsirin müsbət və ya mənfi olduğunu deyə bilmərəm. Xam qızılın qiyməti 54 ABŞ dollara qədər enmişdi. Hazırda müəyyən qədər stabillik yaranıb. Bu qiymət 57-58 dollara çatıb. Bu da vəziyyətin tədricən stabilləşəcəyini deyir”.

T.Abbasquliyev qeyd edib ki, bir neçə istehsalçı artıq xam qızılı “AzərGold”dan alacaqları ilə bağlı razılaşmaya gəliblər, qısa bir zamanda bunun şahidi olacağıq.

Zərgər Camal Qasımlı da qızıl bazarında alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirib:



“Qiymətlərdə ciddi fərqin olduğunu deməzdim. Doğrudur, ötən aylarla müqayisədə az da olsa enmələr müşahidə olunur. Amma bu başadüşüləndir və o qədər də ciddi fərq deyil. Əvvəl xam qızılın qramı 58-59 manat idisə, indi 56-57 manatdır. Alıcılıq qabiliyyətinin aşağı düşməsi də mövsümi xarakter daşıyır. Qızılın alıcıları alıcılıq qabiliyyəti yüksək olan insanlardır ki, onlar da hazırda ölkədə deyillər. Sentyabrdan, yəni potensial alıcılarımız ölkəyə qayıdandan sonra vəziyyət yaxşılaşacaq”.

Qeyd edək ki, bu gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,11 % azalaraq 1 796,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,28 % azalaraq 20,36 ABŞ dolları təşkil edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda kitabxana yanıb
  2. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  3. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  4. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  5. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  6. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  7. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  8. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  9. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  10. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib