azadses.az » Cəmiyyət » Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMA + FOTO

Sudan çox, ot öldürür: Boğulanların xilası kimin əlindədir? – ARAŞDIRMA + FOTO

Suda boğulma və ölüm halları son vaxtlar gündəmdən düşmür. Nardaranda, nəzarət olunmayan çimərlikdə iki bacının, Şamaxıda süni göldə iki yeniyetmənin, Beyləqanda hovuzda üç yaşlı qızın boğulması - cəmi iki günün statistikasıdır və təəssüf ki, rəqəmlər getdikcə artır, həyatlar yarıda sönür.

Bəs görəsən, çimməyin qadağan olduğu ərazilərə nəzarət nə zaman gücləndiriləcək? Bədbəxt hadisələri necə önləmək olar?

Mövzu ilə bağlı Oxu.Az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, qadağan olunmuş çimərliklərə nəzarət gücləndirilməlidir:

“Hər il yay mövsümündə çimərliklərdə, kanallarda, göllərdə boğulma halları müşahidə olunur. Çimərlikdə təhlükəsizlik məsələsi kompleks yanaşma tələb edən tədbirlərdəndir. Çimərlikdə təhlükəsizliklə bağlı, yaxşı olar ki, ümumi bir konsepsiya olsun. Konsepsiya ilə nəzarətsiz qalan çimərliklərə də nəzarət gücləndiriləcək. Nəzarətsiz çimərliklərin sayının azalması ilə boğulmaların qarşısını ala bilərik”.



E.Nurəliyev qeyd edib ki, könüllülərdən ibarət operativ qrup yaradılmalıdır:

“Mövsüm vaxtı xilasedici qüvvələrin cəlb olunması üçün şəraitin yaradılması vacibdir. Həmin yerləri nəzarətə götürməklə boğulmanın qarşısını almaq olar. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına görə, sahilboyu hər 100 m məsafədən bir xilasedici olmalıdır. Çimərlik mövsümü başlayandan öncə əraziyə lazımi baxışlar keçirilməlidir.

Çimərliyə planlı şəkildə gedilməlidir. Çimərlik seçərkən diqqətli olmalıyıq. İlk növbədə hava şəraiti nəzərə alınmalıdır. Bu qaydalara ona görə əməl etmək lazımdır ki, boğulma riski ilə üzləşməyəsən. Qadağan olunmuş çimərliyə getmək lazım deyil”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili qeyd edib ki, vətəndaşlar xilasedicilər olmayan çimərliklərdən istifadə etməməlidirlər:

“Biz hər zaman vətəndaşlara müraciət edirik ki, nəzarət olunmayan ərazilərdən istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyinin xidmət aparan xilasediciləri olan yerlərdən istifadə etsinlər”.



A.Əlili əlavə edib ki, kanallarda suyun sürəti normadan artıq olur:

“Bölgələrdə süni göl və kanallarda insan ölümləri ilə bağlı məlumatlarımız olur. Bildiririk ki, su kanallarından, süni göl və çaylardan istifadə etməsinlər. Kanal və süni göllərin kənarları və dibləri beton plitələrdən ibarət olur. Onların su ilə təması nəticəsində sürüşkən ot təbəqəsi əmələ gəlir. Həmin vaxt oraya düşən şəxs rahatlıqla çıxa bilmir. Sürüşür, müxtəlif zədələr alır.

Eyni zamanda kanallarda suyun sürəti normadan artıq olur. Ora çimmək üçün nəzərdə tutulmayıb. Çünki müxtəlif aqreqatlardan da istifadə olunur”.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, boğulma dünyada 10 bədbəxt hadisə nəticəsində ölüm hallarına görə üçüncü ən geniş yayılmış səbəbdir. Sahildə yaşayan kişi və uşaqlar boğulma təhlükəsinə daha çox məruz qalırlar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar