azadses.az » Cəmiyyət » Medianın işinə verilən qiymət: “Postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir” - FOTO/VİDEO

Medianın işinə verilən qiymət: “Postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir” - FOTO/VİDEO

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Abidənin önündə xatirə fotosu çəkdirilib.

Sonra ulu öndər Heydər Əliyevin, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan zəngin dövlətçilik tarixinə və ictimai-siyasi ənənələrə malikdir.

Onun sözlərinə görə, çoxəsrlik tariximizin tədqiq olunması, öyrənilməsi və təbliği bütün dövrlərdə qarşıda duran mühüm vəzifələrdən biri olub:

“Bu işin həyata keçirilməsində - belə bir milli vəzifənin yerinə yetirilməsində Azərbaycan mətbuatının özünəməxsus rolu və payı var. Sevindirici haldır ki, bu gün əsasının qoyulmasının 147-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçib.

Dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti həmin dönəmin aktual məsələlərini – insanları düşündürən problemləri, çağın mütərəqqi ideyalarını və fərqli baxışlarını öz səhifələrində geniş əks etdirib. Cəmiyyətin güzgüsünə çevrilən “Əkinçi” xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində müstəsna rol oynamaqla yanaşı, günümüzdə də dəyərli və aktual olan mətbuat ənənəsi formalaşdırıb.

Təsadüfi deyil ki, Azərbaycan mətbuatı SSRİ dövründə bu ənənələrə söykənərək öz milliliyini qoruyub saxlayıb, xalqımızın mənafeyinin, İttifaqın tərkibində olan respublikamızın maraqlarının qorunmasında mühüm rol oynayıb, mövcud imkanlar və şərait çərçivəsində ziyalı sözünü cəmiyyətə çatdırmağa müvəffəq olub, dəyərli sözün tribunasına çevrilib.

Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni dönəm – inkişaf mərhələsi başlanıb. Ümummilli liderimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində Azərbaycan mediası milli maraqların qorunması, cəmiyyətin siyasi-ideoloji hazırlığının gücləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin ictimaiyyətə çatdırılması üçün önəmli işlər görüb. Mətbuat üzərində senzuranın ləğv edilməsi, qanunvericilik bazasının yaradılması, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi isə medianın imkanlarının genişlənməsini təmin edib”.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, ümummilli liderimizin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına, reallıqlarına uyğun olaraq uğurla davam etdirilir:

“Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda söz azadlığı təmin olunub, jurnalistlərin peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir və davamlı olaraq mühüm addımlar atılır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması, bununla yanaşı, media haqqında yeni qanunun qəbul olunması mətbuatımızın inkişafına xidmət edən məqsədyönlü işlərdir”.

Tahir Budaqov diqqətə çatdırıb ki, Heydər Əliyevin siyasi mirası olan, ümummilli liderimizin ideyaları əsasında fəaliyyətini uğurla davam etdirən, Prezident İlham Əliyevin sədrliyi ilə möhtəşəm nailiyyətlər qazanan, Azərbaycanın dayanıqlı inkişafına önəmli töhfələr verən Yeni Azərbaycan Partiyası da media ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşümüz ənənə halını alıb və bundan sonra da media ilə sıx təmaslarımız davam edəcək.

“Heç şübhəsiz, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı, media nümayəndələri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xüsusilə də, 44 günlük Vətən müharibəsi milli mətbuatımızın vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistimizin olması isə qürurvericidir. Haqq mübarizəmiz uğurla başa çatsa da, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa olunsa da, informasiya müharibəsi davam edir. Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni çağırışlara uyğun qurur.

22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrimizi səmimi-qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə nailiyyətlər, yeni yaradıcılıq uğurları diləyirəm”, - deyə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri vurğulayıb.

Sonda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu