Nazir: “Azərbaycan Aİ-nin postmünaqişə dövründə bərpa işlərinə kömək səylərini yüksək qiymətləndirir”

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrdə iştirak edir.
“Biz, həmçinin humanitar minatəmizləmə sahəsində köməyə, o cümlədən son dörd milyon avroluq yardım paketinə görə Aİ-yə minnətdarıq. Minatəmizləmə səylərini dəstəkləmək üçün bütün müvafiq vasitələri səfərbər edəcəyik”, - XİN rəhbəri bildirib.