azadses.az » Cəmiyyət » AQTA sahibkarlara müraciət edib

AQTA sahibkarlara müraciət edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri, eyni zamanda, son dövrdə zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı qida zəncirinin müxtəlif mərhələlərində, o cümlədən ictimai iaşə obyektlərində çalışan və obliqat qrupuna (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) daxil olan işçilərin bir çox hallarda ilkin və dövrü tibbi müayinədən keçmədiyi hallar aşkar olunub.


Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir.

Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşlar, yaxud infeksiyalı yaraları, dəri infeksiyaları olan şəxslərin qida obyektlərində, xüsusilə, insanların kütləvi qidalandığı məkanlarda (şadlıq sarayları, mərasim evləri və s.) hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması həmin qidaları istehlak edən insanlarda mədə-bağırsaq pozuntuları ilə müşahidə olunan halların baş verməsinə, həmçinin qida zəhərlənməsinə səbəb ola bilər.

Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar tərəfindən bu sahədə qanunvericilikdə nəzərdə tutulan tələblərə ciddi əməl olunmalı, obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində dövri olaraq tibbi müayinədən keçmələri təmin olunmalıdır.

Eyni zamanda, konkret fəaliyyət sahəsinə uyğun olaraq görülən işin xüsusiyyətləri ilə əlaqədar, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi mövcud olan, habelə sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etməyən əməkdaşlar işdən kənarlaşdırılmalıdır.

AQTA bəyan edir ki, aparılan nəzarət tədbirləri zamanı belə faktlar aşkarlandığı təqdirdə, müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib