azadses.az » Cəmiyyət » Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib - VİDEO

Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib - VİDEO

İyunun 28-də bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatların təqdim edilməsi, habelə fəxri adların verilməsi mərasimi keçirilib.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın 50-dən çox mülki aviasiya işçisi medal, orden və fəxri adlara layiq görülüb.

1 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mülki aviasiya sahəsində bir qrup işçinin 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı ilə təltif edilməsi, həmçinin bu sahədə səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” və “Əməkdar pilot” fəxri adlarına layiq görülməsi haqqında sərəncamlar imzalayıb.

AZAL-ın prezidenti Cahangir Əsgərov mülki aviasiya işçilərini dövlət və müəssisədaxili mükafatlarla təltif edilmələri münasibətilə təbrik edib. Onların yüksək peşəkarlığını, fədakarlığını və öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarını qeyd edib.

Cahangir Əsgərov görüşdə Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini vurğulayıb və bu sahəyə göstərdiyi xüsusi qayğısına görə dövlət başçısına minnətdarlığını bildirib.

“Azərbaycan aviatorlarının gərgin əməyi və peşəkarlığı ölkənin inkişafına mühüm töhfədir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidentinin bu diqqəti hər bir mülki aviasiya işçisi üçün mühüm motivasiyadır. Dövlət başçısı ölkənin mülki aviasiyasına hər zaman xüsusi münasibət göstərir, onun rəhbərliyi altında bu sahədə mühüm və ciddi dəyişikliklər baş vermiş, ölkənin mülki aviasiyası üzrə böyük perspektiv layihələr həyata keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd etmişdir: “Azərbaycan Hava Yolları"nın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir. Ölkənin hər bir mülki aviasiya işçisi bu nəsihətə əməl edir”, - deyə Cahangir Əsgərov bildirib. AZAL prezidenti qeyd edib ki, gələn il Azərbaycanın mülki aviasiyası 85 illiyini qeyd edəcək.

Tədbirdə, həmçinin “Azərbaycan Hava Yolları” aviaşirkətinin pilotlarının pensiyaya yola salınması da keçirilib. Pilotlara mülki aviasiyada çoxillik əməyinə və sədaqətinə görə təşəkkür edilib, onlara təşəkkürnamələr və qiymətli mükafatlar təqdim olunub.

Mükafatların təqdim edilməsi mərasimini aşağıdakı videodan izləyə bilərsiniz:

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu