azadses.az » Cəmiyyət » Bakı Enerji Forumu çərçivəsində Şuşada xüsusi sessiya keçirilib - FOTO

Bakı Enerji Forumu çərçivəsində Şuşada xüsusi sessiya keçirilib - FOTO

Bu gün Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

“Report”un məlumatına görə, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Türkiyə Prezidenti məktubunda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib. Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu vizyonun regionun sabitliyi və rifahı baxımından önəmli olduğu vurğulanıb.
Daha sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək, xalis sıfıra aparan inkişaf yolunda Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən danışıb. Nazir işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialı və əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” prosesinə töhfə verəcəyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf isə çıxışında “SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası” çərçivəsində, enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini ehtiva edən yeni üfüqlər üzrə strateji təşəbbüslərindən bəhs edib. O qeyd edib ki, forumun xüsusi sessiyası çərçivəsində bərpa olunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” arasında imzalanacaq Anlaşma Memorandumu, eyni zamanda SOCAR və bp arasında Əməkdaşlıq Müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.

R.Nəcəf Prezidenti İlham Əliyevin “Yaşıl enerji” zonası elan etdiyi bu ərazilərin öz geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayıb.

bp-nin Regional prezidenti Qəri Counz çıxışında şirkətin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini bildirib. O, bu illər ərzində SOCAR ilə etibarlı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Q.Counz Şuşada imzalanacaq sənədlərin “enerji keçidi” dövründə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra “Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agutun, “Masdar Clean Energy” şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharraminin, “ACWA Power” şirkətinin İnvestisiya direktoru Klayv Törtnün çıxışları dinlənilib.

Həmçinin, Bakı Enerji Həftəsi haqqında video çarx nümayiş etdirilib, Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

SOCAR ilə bp arasında imzalanan Əməkdaşlıq Müqaviləsi ölkədə bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. SOCAR ilə “Masdar” şirkəti arasında imzalanan Anlaşma Memorandumu da Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır. Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini, habelə bərpa olunan enerji mənbələrinin birgə inkişafını təmin etməkdir.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunan Şuşa turunda isə tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar