azadses.az » Cəmiyyət » Şəkidə 16 yaşlı qızın zorla ƏRƏ VERİLMƏSİ ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Şəkidə 16 yaşlı qızın zorla ƏRƏ VERİLMƏSİ ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi 16 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəflərin valideynləri ilə profilaktik söhbətlər aparıblar:

“Nişan mərasiminin keçirilməsinin qarşısı alınıb. Hazırda da həmin faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır”.

14:34

Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qız zorla ərə verilir.

Bizim.Media-ya bu barədə kənd sakinləri məlumat veriblər.

Belə ki, Zeynəb Umar qızı Məmmədova aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovla bu gün qeyri-rəsmi nikaha daxil olacaq. Məlumata görə, Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.

Kənd sakinlərinin sözlərinə görə, qız iki ay əvvəl Sərxan Rüstəmov tərəfindən qaçırılıb. Bu gün isə toy baş tutacaq.

Kiçik Dəhnə kənd bələdiyyə sədri Əlvida Calalov Bizim.Media-ya məsələdən xəbərsiz olduğunu bildirib. Bələdiyyə sədri aqressiv tərzdə kənddə qaz, işıq, su, zibil və digər məsələlərlə məşğul olduğunu deyib:

“Mən nə deyə bilərəm? Nəyimə lazımdır ki... Bilmirəm, kim-kimi alır, kimi-kimə verirlər. Qeydiyyat icra nümayəndəsində gedir”, - deyə bələdiyyə sədri cavab verib.

Kənd ərazi nümayəndəsi Seyran Manafovun sözlərinə görə, ailə bu gün cütlüyə nişan mərasimi keçirir:

“Toyun sahibi şəhid atasıdır. Deyir, qocalmışam, nəvəmə nişan edirəm və istəyirəm, xeyir işlərini görüm. Qanunsuz olduğunu bilirik. Polis də xəbərdardır. Nə edə bilərik?”

Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov isə toyun baş tutmaması üçün səlahiyyətləri çərçivəsində addım atdıqlarını qeyd edib.

“Rəhbərlik Sərxan Rüstəmovun babası Tapdıq Rüstəmovu fərdi qaydada qəbul edərək azyaşlının nikaha girməsinin qanunsuz olduğunu izah edib. Ona qanunvericiliyin tələbi izah olunub. Amma Tapdıq müəllim özünü aqressiv aparır və oğlunun şəhid olduğunu əsas gətirərək nəvəsinə toy edəcəyini israr edir.

Şəhid atası olduğu üçün yumşaq tərzdə izahat işləri apardıq və toyun yolverilməz olduğunu anlatmağa çalışdıq. Rəhbərlik bu barədə ərazi üzrə polis rəisini də məlumatlandırıb və müvafiq tapşırıq verib. Ola bilsin ki, bu gün toyu etməyə cəhd etsinlər. Amma aidiyyəti qurumlar bundan xəbərdardır. Hər halda polis vaxtında məsələyə müdaxilə edəcək və qanunvericiliyin tələbini hər iki ailəyə izah edəcək.

Maraqlıdır, Tapdıq müəllim bu qədər müdaxiləyə və izahata niyə məhəl qoymur? Yaxşı olar ki, normal şəkildə anlayıb, toydan vaz keçsinlər. Nə tələskənlikdir ki? Belə nüanslara görə biz də çətin durumda qalırıq”, - deyə o bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirib:

“Daxil olmuş məlumatla əlaqədar hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub və araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən il Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H. ilə 1991-ci il təvəllüdlü M.S.-in evləndirilməsi faktı öz təsdiqini tapmışdı. Yeniyetmənin valideynləri polisə dəvət olunaraq izahatları alınmışdı.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu