azadses.az » Cəmiyyət » Azərbaycanda ilk dəfə lavanda festivalı keçiriləcək - FOTO

Azərbaycanda ilk dəfə lavanda festivalı keçiriləcək - FOTO

Mayın 31-də Qəbələdə Azərbaycanda ilk dəfə lavanda festivalının açılışı olacaq.

Festival iyunun 30-dək davam edəcək.

Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin dəstəyi ilə “THE BEST CHOICE” tərəfindən təşkil olunur.

Bir qayda olaraq, ən parlaq lavanda festivalları Fransa, İtaliya və Macarıstanda keçirilir. İndi doğma Azərbaycanda da lavanda tarlaları var.

Ziyarətçilər lavanda tarlasının ortasındakı xüsusi hazırlanmış məkanda, yeddimetrlik yelləncəklər və hippi stilindəki avtobuslarda şəkil çəkdirə, həmçinin lavanda çiçəklərinin ləçəklərindən hazırlanmış məhsullar (yağ, bal, skrablar, antiseptik…) ala bilər, həmçinin yerli müəssisələrin məhsul və xidmətləri ilə tanış ola bilərlər.

Festivalı kim ziyarət edə bilər?

Hər kəs festivalı ziyarət edə bilər. Açılış günü giriş pulsuzdur, sonrakı günlərdə isə böyüklər üçün beş manat təşkil edəcək. On yaşdan kiçik uşaqlar üçün giriş pulsuz olacaq.

Harada yerləşir?

Məkan Qəbələ hava limanının yaxınlığında, Çuxur-Qəbələ və Şamlı kəndləri arasında yerləşir.

Tədbirin təşkilatçılarından biri, “THE BEST CHOICE” şirkətinin sahibi və direktoru Elbrus Əhmədov Media.Az-a qarşıdan gələn festivalın təfərrüatı barədə danışıb.

“Məsələn, yelləncəklərdən istifadə etmək istəyən ziyarətçilər bir neçə dəqiqə üçün əlavə bir manat ödəməli olacaqlar. Biz bu simvolik məbləği vaxt məhdudiyyəti təyin etmək və bununla da ziyarətçilərin rahatlığını təmin etmək üçün müəyyən etdik. Yelləncəklərdə növbələrin olmasını istəməzdim, çünki çoxları mütləq şəkil çəkdirmək həvəsinə düşəcək”, – deyə Elbrus Əhmədov qeyd edib.

Onun sözlərinə görə, festivalda fud-kortun təşkili nəzərdə tutulmayıb. Ancaq qonaqlar özləri ilə yemək gətirə bilərlər. İçkilərdən yalnız su satılacaq. Bundan əlavə, iki ayaqyolu və fotosessiya üçün paltar dəyişmək istəyənlərə də qapalı sahə olacaq.

Məhsul və ya xidmətlərini qarşıdan gələn tədbirdə təqdim etmək istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etməlidirlər.

Elbrus Əhmədov qeyd edir ki, “THE BEST CHOICE” MMC Azərbaycanda yeganə şirkətdir ki, lavandanın kütləvi becərilməsi və ondan xaricə satış üçün məhsul istehsalı ilə məşğuldur.

“2018-ci ildə Bolqarıstandan lavanda toxumu alıb, 30 hektar sahədə əkdik. Bundan əlavə, çiçək ləçəklərindən “Essenso” markası altında məhsullar istehsal etməyə başladıq. Hazırda tinglərin yetişdirilməsi, satışı və ixracı ilə də məşğuluq. Qəbələdəki lavanda tarlamızla yanaşı, Zaqatala və Şəkidə də lavanda sahələri var”.

Təşkilatçıların söz verdiyi kimi, festival hər il keçiriləcək. 2023-cü ildə bu layihə çərçivəsində canlı musiqi konsertinin təşkili də planlaşdırılır.





DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib