azadses.az » Cəmiyyət » “Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub” - “Location”dan şikayət

“Dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub” - “Location”dan şikayət

Bakıda “Location” gecə klubunda baş verən partlayışda ağır xəsarət alanlardan biri də oranın əməkdaşı Fariz Məmmədzadədir.

“Qafqazinfo”nun məlumatına görə, Vətən müharibəsi iştirakçısı olan Fariz gecə klubunun rəhbərliyindən şikayətçidir.

Qısa olaraq bildirək ki, Fariz Məmmədzadə partlayış baş verməmişdən 12 gün öncə “Location”da işləməyə başlayıb. Məmmədzadə ailəsinin iddiasına görə, işçilər orada qeyri-qanuni çalışdırılıb. İşgötürənlə işəgötürülən arasında əmək müqaviləsi imzalanmayıb. Bu səbəbdən onların sığortası da olmayıb.

Farizin şikayətinin əsas məğzi isə onun müalicəsinə gecə klubunun rəhbərliyi tərəfindən kömək göstərilməməsindən ibarətdir. Belə ki, xəsarət alan əməkdaş hadisədən sonra 5 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ailə üzvlərinin sözlərinə görə, onun müalicəsi və dərmanları borc-xərclə alınıb. Burada iş yerindən ona maddi dəstək olunmayıb. Dövlət xəstəxanasında iki dəfə əməliyyat olunan Fariz, daha sonra “Medera” hospitala köçürülüb.

Gecə klubuna məsul olan şəxslər yalnız özəl klinikada gedən müalicənin xərclərini qarşılayıblar. Daha sonra isə Fariz evə buraxılıb və onun müalicəsinin növbəti mərhələsi qalıb.

“Qollarımın ağrısından hələ də yata bilmirəm. Qollarımındakı yaranın suyu hələ də dayanmır. Məni evə göndəriblər, amma 2-3 gündən bir sarğılarım dəyişməlidir. Mən ağrılardan gecələr yata bilmirəm. Dərman almağa pulum belə yoxdur. Bunların məqsədi nədir, anlamıram. Müharibədə burnum belə qanamadı, amma gəldim kiminsə obyektində bu hala düşdüm. Evə baxan insan mənəm, amma belə görünür ki, 5-6 ay müddətində işləməyəcəm. Mən müdiriyyətdən mənəvi dəstək istədim, dedilər, get nə istəyirsən elə, ölən ölüb, tutulan tutulub. “Madera”da olanda Elşən Səfərovla da danışdım, mənə qayıtdı ki, siz insafsızlıq edirsiniz” – Fariz Məmmədzadə şikayətində bildirib.

Onu da aydınlaşdırdıq ki, Fariz Məmmədzadə “Medera”ya köçürülən zaman onun müalicəsinə 15 961 manat ödənilib.

Qeyd edək ki, “Location”da baş verən partlayışa görə 4 nəfər həlak olub. Onlardan üçü gəncdir. Hadisəyə görə isə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.
Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov



Şikayətdə adı keçən Elşən Səfərov isə həbs olunan Orxan Səfərovun qardaşıdır. O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “The Place” adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı “Location” gecə klubu adı ilə açıblar. “Location”da baş verən partlayışdan sonra “The Place” də fəaliyyətini dayandırıb.

Emin Səfərov

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib