azadses.az » Cəmiyyət » İtirilmiş tarix: Azərbaycanın Çar Rusiyası dövrünə aid arxivləri haradadır?

İtirilmiş tarix: Azərbaycanın Çar Rusiyası dövrünə aid arxivləri haradadır?

Rus imperiyası Azərbaycanı İranla ikiyə parçalayıb bölüşdükdən sonra rəsmi sənəd və dəftərxana işlərini də ölkəmizə çox gördü. Azərbaycanın mal-davarından tutmuş nadir ağacına qədər, motalpapaq kəndlisindən tutmuş, nəcabətli bəyzadəsinəcən haqqımızda olan bütün məlumatları Tiflisə köçürdü və orada bizdən uzaq tutmağa çalışdı. Tariximizi, kökümüzü özümüzə əyan olmağa qoymadı. Bu proses 1823-cü ildən 1918-ci ilə qədər belə davam elədi.

Nəsil şəcərəmizi bilməkdə, həqiqi tariximizi öyrənməkdə nə az, nə çox - düz 95 il fasilə yarandı. Tarix parçalandı.

Acınacaqlı olan odur ki, bu arxiv sənədləşməsi cümhuriyyət və sovet dövründə də Tiflisin zirzəmilərində qaldı. Alim və ziyalılarımız, hətta sadə vətəndaşlarımız belə, nəsli, mülkü haqqında bir məlumat əldə etmək istərdisə, Tiflisə müraciət etməli, uzun bir bürokratik əngəllərdən keçdikdən sonra müəyyən xərc ödəyərək bu məlumatlara yetişə bilərdi.

Bəs indi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu 95 illik tariximizlə bağlı olan arxivlərimizin taleyi necə oldu? Onlar yenə Tiflisdədirmi? Bizim onlara əlimiz necə çata bilər?

Bizim.Media cəmiyyəti narahat edən bu sualla ilk olaraq tarixçi-alim, BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri, millət vəkili Anar İskəndərova müraciət edib.

Tarixçi-alim açıqlamasında bildirib ki, Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal olunandan sonra Gürcüstan və o cümlədən Tiflis siyasi mərkəz elan olundu. 1823-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıldı və onun da mərkəzi Tiflis elan edildi. Bu müddətdən sonra Azərbaycana aid bütün sənədlər Tiflisdə toplanmağa başlanıldı.

“Məqsəd məlum idi, təbii ki, Çar Rusiyası Azərbaycanın vahid gücə çevrilməsini istəmirdi. Siyasi mərkəz Tiflis olduğu üçün həmən tarixdən 1918-ci ilə qədər Azərbaycanla bağlı bütün rəsmi sənədlər Tiflisdə toplandı. 1918-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra arxiv sənədlərimiz artıq Azərbaycanda formalaşdırıldı”.

Tarixçi alimin sözlərinə görə, maraqlı bir cəhət odur ki, 1922-ci ildə Zaqafqaziya Federasiyası yarananda Gürcüstan hökuməti Azərbaycana və Ermənistana arxivləri oradan aparmaqla bağlı müraciət edib:

“Ermənistan, təbii ki, o zaman çox ustalıqla Gürcüstandan öz arxivlərini apardı, amma Azərbaycan bu arxivləri götürə bilmədi. 1936-cı ildə Zaqafqaziya Federasiyası ləğv olunanda Gürcüstan elan etdi ki, orada olan arxiv Gürcüstanın dövlət mülkiyyətidir. Oradakı sənədlərdən yalnız Gürcüstana gedərək istifadə etmək olar”.

Tarixçi öz açıqlamasında bundan sonrakı dövrdə həmən sənədlərdən istifadə ilə bağlı yaranmış çətinliklərə toxunub:
“Biz elmi-tədqiqat işləri və digər məqsədlərlə həmən dövrə aid sənədlərdən istifadə ilə əlaqədar Gürcüstana getmək məcburiyyətində qalırdıq. 2014-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin arxivini ölkəmizə gətirmək üçün dövlət səviyyəsində bir çox çətinliklərimiz oldu”.

Tarixçi-mənbəşünas alim açıqlamasında onu da qeyd edib ki, həmən illərə aid sənədlər Milli Arxiv İdarəsində saxlanılmasa da, hazırda Azərbaycandadır:

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü və gərgin əməyi nəticəsində 2014-2019-cu illər arası, düz beş il ərzində, Azərbaycanın Çar Rusiyası dövrünə aid əsl-nəcabətini, yəni 1823-dən 1918-ci ilə qədər olan müddəti əks etdirən 70 min səhifəlik, uzun illər Gürcüstanda saxlanılan Azərbaycanla bağlı bütün sənədlər ölkəmizə gətirilib”.

Hazırda həmin sənədlərin Milli Arxiv İdarəsində yox, məhz Qafqaz Müsəlmanları İdarəsində saxlanıldığına toxunan millət vəkili əlavə edib ki, sözügedən sənədlərin gətirilməsi ilə bağlı bütün xərclər Şeyx Allahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qarşılanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?