azadses.az » Cəmiyyət » “Xanımım fevralın 11-də vəfat etsə də, ölüm kağızına tarixi səhv yazıblar”

“Xanımım fevralın 11-də vəfat etsə də, ölüm kağızına tarixi səhv yazıblar”

Bir müddət əvvəl həyat yoldaşı vəfat edən sığorta üzrə ekspert İlkin İbrahimov ölüm kağızının başqa tarixdə yazılmasından şikayətçidir.

“Azadsəs.az”a müraciət edən İ. İbrahimovun sözlərinə görə, xanımı Pərvanə Muradi fevralın 11-də vəfat etsə də, ölüm kağızında bu tarix fevralın 16-sı kimi göstərilib.

O, həmçinin bildirib ki, həmin gün evə çağırdıqları təcili yardım mərhumdan COVID-19 analizi götürsə də, nəticə ilə bağlı arayış bir gün sonraya verilib: “Həyat yoldaşım Pərvanə Muradi fevralın 11-də ağır xəstəlikdən sonra vəfat edib. Axşam saat 7-də təcili yardım çağırdıq, saat 11-də gəldilər. Onlar gəlincə artıq yoldaşım vəfat etmişdi, bildirdilər ki, mərhumdan COVID-19 analizi götürülməlidir. Biz bir neçə gün əvvəl koronavirusdan, həmçinin “Omicron” ştamından analiz versək də, nəticə neqativ çıxmışdı. Lakin razılaşdıq və test götürdülər. Vəfat etməsi ilə bağlı fakt təsdiqləndi, sənəd verib getdilər. Fevralın 12-də mərhumu dəfn edib qayıdan zaman yolda telefonuma SMS gəldi. Bildirilirdi ki, analizin nəticəsi pozitivdir və xəbərdarlıq olunurdu ki, evdən çıxmayaq.

Xəbəri rus dilində oxuyun: В Турции азербайджанец застрелил жену - Видео

Азербайджанец, проживающий в Украине, попал в плен

Zəng edib araşdırdım, dedim həyat yoldaşım fevralın 11-də vəfat edib, necə COVID-19-la bağlı fevralın 12-də analiz verə bilərik? Dedilər ki, cavab nə vaxt çıxırsa, o tarixdə yazılır. Sonra təcili yardımın sənədi əsasında ölüm kağızı almaq üçün 9 saylı Poliklinikaya müraciət etdim. Poliklinikadan verilən ölüm kağızında isə ölüm tarixini fevralın 16-sı yazıblar. Bu insan taleyidir, necə belə səhv edə bilərlər? Əgər COVID var idisə, bizə anında məlumat verilərdi, dəfni xüsusi olaraq icra edərdilər. Əgər bu texniki səhvdirsə, buna görə kimisə cəzalandırıblarmı?”

İ. İbrahimov bildirib ki, bu sənəd digər sənədlərlə uyğun gəlmir. Çünki mərhum iş yerindən ölümü ilə bağlı fevralın 12-də işdən çıxarılıb, ölümünün fevralın 16-da yazılması digər sənədlə də üst-üstə düşmür: “Digər tərəfdən, bu gələcəkdə DSMF-də də problem yaradacaq. Çünki ödənişlərlə bağlı məsələ necə olacaq? Biz tək deyilik, bilirəm ki, belə hallar çox baş verir. Bu məsələlərlə bağlı heysiyyatımızla oynadıqlarına görə üzr istəməlidirlər”.

Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən məsələ texniki səbəbdən baş verib. Şikayətlə bağlı vətəndaşla bir neçə dəfə əlaqə saxlanılıb. Ona ölüm kağızındakı tarixi dəyişdirmək təklif olunsa da, özü bundan imtina edib.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib