azadses.az » Cəmiyyət » İran Prezidenti İlham Əliyevə məktub ünvanladı

İran Prezidenti İlham Əliyevə məktub ünvanladı

İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azadsəs.az" xəbər verir ki, mətndə deyilir:

"İranla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

İranla Azərbaycan arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.

Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycanla öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.

İran müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.

Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbrik edirəm".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar