azadses.az » Cəmiyyət » Qanunsuz ocaqxana işlədən 16 nəfər cərimələndi - Video

Qanunsuz ocaqxana işlədən 16 nəfər cərimələndi - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

“Azadsəs.az” xəbər verir ki, bu çərçivədə keçirilmiş silsilə tədbirlər nəticəsində meşə və meşəətrafı ərazilərdə qanunsuz fəaliyyət göstərən kömür istehsalı ilə məşğul olan xeyli sayda ocaqxanalar aşkar edilərək barələrində inzibati protokollar tərtib edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib, habelə bu kimi hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən meşə təsərrüfatı müəssisələrinə məktublar ünvanlanıb.


Qeyd olunan tədbirlərin davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə Qax rayon xidməti ərazisində monitorinqlər keçirilib və meşə massivinin yaxınlığındakı kol-kos sahələrdə yerləşən qanunsuz fəaliyyət göstərən yeni kömürxanalar aşkar edilib.

Monitorinqlər zamanı Qax rayonunun Şotavar kəndində kənd sakinləri Gündüz Allahverdiyev, Orxan Allahverdiyev, Bəhruz Bayramov, Yalçın Babayev, Nurlan Balayev, Adilə Balayeva, Çingiz Cumayev, Röyal Əhmədov, İlkin Balayev, Rəfail Məcidov, Şövkət Məcidov, Vüqar Musayev, Nazim Cumayev, Bayram Nadirov, Nəriman Şahmalıyev və Qasım Qasımova məxsus pay torpaqlarında kustar üsulla hazırlanmış metal çənlərdə odun yandıraraq kömür hazırlanması faktları aşkar edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən belə kömürxanaların istismar edilməsi ciddi yanğın təhlükəsi yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, qanunsuz fəaliyyət növü ilə məşğul olan 16 nəfər kənd sakini barəsində inzibati protokol tərtib olunub və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə fəaliyyətini davam etdirir.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib