azadses.az » Cəmiyyət » Sumqayıtda məktəblilər arasında baş vermiş hadisəyə düzgün baxış

Sumqayıtda məktəblilər arasında baş vermiş hadisəyə düzgün baxış

Xəbərin doğru ünvanı olan azadses.az olaraq redaksiyamıza ünvanlanan müraciəti sizə təqdim edirik.
Məktəbdə baş vermiş hadisəyə düzgün baxış.
Məlumat olaraq yazıb sizə bildirirəm ki, mən 05.03.2022-ci il tarixdə məktəbimizin həyətində şəhid lövhələrinin açılışı zamanı şəhid anaları ilə tədbirdə olarkən 4-cü dərsdən sonrakı tənəffüsdə 9a sinif şagirdi Şəkərov Sabir və 21.02.2022-ci ildə yerdəyişmə ilə məktəbimizə gələn Məmmədov Hidayət arasında münaqişə olmuş, onlar dalaşarkən sinif yoldaşları onları dalaşmamaq üçün ayırmış və bu zaman Hidayətin ayağı boşluğa düşərək yıxılarkən qaşı yaralanmışdır. Məktəbin kamerasında həmin hadisə izlənilmiş və valideynlər məktəbə dəvət olunmuşdur.İlkin araşdırmada məlum olmuşdur ki, Hidayətin özünün də təsdiqlədiyi kimi nalayiq söyüşlər söymüş və insidentə səbəbkar olmuşdur.Onu da qeyd edim ki, bu uşaqlar arasında 1 il yarım əvvəl də öz yaşadıqları məhəllədə münaqişə baş vermişdir.Atası dünyasını dəyişdiyi üçün himayəsində olduğu anası Nigar xanım övladı Məmmədov Hidayətin dikbaşlığını anlamış səhvini etiraf edərək məktəbdən şikayətçi olmadığını bildirmişdir. Şagirdin qaşına məktəbdə ilkin tibbi yardım edilmişdir.Təcili yardıma aparmaq istədikdə valideyn etiraz edərək özü aparmaq istədiyini söyləmişdir.
Hadisə baş verdiyi gün Şəkərov Sabirin valideyni Şəkərov Samir Hidayətin ana himayəsində olduğu üçün ana babası Rahib bəyin yaşadığı evə getmiş, Hidayətin vəziyyəti ilə maraqlanmış və məyus olduğunu bildirmişdir.Lakin uşağın babası heç bir problem və narahatçılığa əsas olmadığını, onlardan şikayətçi olmadıqlarını demişdir.
Sonrakı 3 gün ərzində şagirdin anası Nigar xanımla əlaqə saxlanılmış və Hidayətin vəziyyətinin yaxşı olduğu öyrənilmişdir.
08.03.2022-ci il tarixdə Hidayətin Abbas adlı əmisi mənə zəng edərək bayramımı təbrik etmiş, sonra isə səs tonunu qaldıraraq, qarşısındakının qadın olduğunu düşünmədən kobudluq etmiş və əsassız ittihamlar irəli sürmüşdür.Mənim onu məktəbə dəvət etməyimə etiraz edərək uşağı ekspertizaya aparacağını və başımıza oyun açacağını qışqıraraq söyləmişdir.Mən isə onun məktəbə gəlməsinə israr etdim.Çünki kameradan günahkarın kimliyi açıq aydın görünür.Lakin Abbas adlı vətəndaş (Hidayət Məmmədovun əmisi) məktəb rəhbərliyinin və kollektivinin şərəf və ləyaqətini alçaldaraq sosial şəbəkələrdə əsassız yazılar yayımladır. Bu yazılarda verilən məlumatlar şagirdin oxuduğu sinifdən tutmuş hadisənin necə baş verməsinə qədər yalandır.Orada bildirilir ki, Məmmədov Hidayət 7-ci sinif şagirdidir.Əslində isə Hidayət 9-cu sinifdə oxuyur. Həmin gün isə kamera görüntülərində də göründüyü kimi hadisənin səbəbkarıdır və ilk zərbəni də özü vurub, qaşı isə yıxıldığı zaman zədələnib.
Hadisə ilə bağlı Sumqayıt şəhər Baş Polis idarəsinin I Polis bölməsinin əməkdaşlarına məlumat verilmiş, onlar məktəbə gələrək kamera görüntülərini izləmiş və valideynlərlə söhbət aparmışdırlar.Bu məsələ ilə bağlı cinayət işi açılmış və hal-hazırda tədqiqat aparılır.
Həmişə bütün hadisələrə real, düzgün tərəfdən yanaşdığınızı bilərək bir məktəb rəhbəri kimi sizdən təvəqqem hadisənin reallığnı cəmiyyətə bildirməyinizdir.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  2. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  3. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  4. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  6. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  7. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  8. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  9. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  10. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu