azadses.az » Cəmiyyət » Azərbaycana minlərlə yeni nəsil poçt terminalları gətirilir - Video

Azərbaycana minlərlə yeni nəsil poçt terminalları gətirilir - Video

Proseslərin avtomatlaşdırılması və robotlaşdırılması hər bir şirkətin uğurudur. Bu sahədə kuryer şirkətləri xeyli irəliləyiblər. Amerikada və Avropa ölkələrində şirkətlər anbarlardakı malların robotlar tərəfindən çeşidlənməsi, supermarketlərdə özünəxidmət kassaları yaradılması, bağlamaların dronlarla çatdırılmasını həyata keçirirlər.

Ölkəmizdə də tendensiya bu istiqamətdədir. Lakin şirkətlər müştərilərə keyfiyyətli xidmət göstərmək üçün logistika məsələlərində müxtəlif problemlər yaşayırlar, məhsulların qəbul edilməsindən, yerləşdirilməsi və müştərilərə çatdırılmasınadək əlavə xərclər çəkirlər.

Bu problemin həlli üçün ölkəmizdə də artıq yeni layihələr yaranır. Buna nümunə olaraq “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən dəstəklənən “Poste” startapını göstərmək olar. “Poste” yeni nəsil logistika xidməti olaraq ölkəmizdə bağlama çatdırılması prosesini innovativ həll yolu ilə avtomatlaşdıran ilk şirkətdir.

Yüksək təhlükəsizlik sisteminə malik kilid texnologiyası ilə təchiz olunmuş terminallar-postamatlar qapalı məkanlarda və açıq havada təmassız istifadə üçün nəzərdə tutulub. İnsanlara əlçatan yerlərdə - yaşayış ünvanlarına, tədris müəssisələrinə yaxın, mağazalarda, ticarət və biznes mərkəzlərində quraşdırılmış avtomatlaşdırılmış terminallar yerləşir. Artıq olduğu yerindən asılı olmayaraq istifadəçilər bağlamalarını 7/24 sürətli və təhlükəsiz şəkildə almaq imkanı əldə edəcəklər.

Beləliklə, günün istənilən vaxtı sms və ya QR kod vasitəsilə kuryer və ya satıcı bağlamanı postamat terminallarına qoyur, müştərilər isə istədikləri vaxt bağlamalarını oradan götürə bilərlər. Qeyd edək ki, yüksək səviyyəli mühafizə və gecə-gündüz işləyən videomüşahidə həm satıcı, həm də alıcı üçün malların təhlükəsizliyinə zəmanət verir.

Xaricdə postamatlar təkcə mağazalarda deyil, küçələrdə də quraşdırılır. Amazon kimi böyük pərakəndə satıcıların və DHL kimi çatdırılma xidmətlərinin öz bağlama dolab şəbəkələri var. Bir ölkə və ya hətta bir şəhər daxilində çoxlu yerli şəbəkələr də var. Bir sözlə postamatlar 100-dən çox ölkədə uğur qazanaraq kuryer və müştəri arasındakı zaman problemini aradan qaldıran ən rahat vasitədir.

İlkin mərhələdə Bakı, Abşeron və Sumqayıtda 1000 ədəd “Poste” postamatları quraşdırılaraq həm hüquqi şəxslərə (şirkət, təşkilat, dövlət qurumları və s.), həm də fərdi qaydada bütün istifadəçilərə operativ və etibarlı çatdırılma xidməti göstərə biləcək.

Düşünürük ki, Poste startapı da Azərbaycanda poçt və çatdırılma əməliyyatlarının yeni bir mərhələsinə start verəcək.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu