azadses.az » Cəmiyyət » “Azəriqaz” rəhbəri ötən ayın hesabatını təqdim etdi - Fotolar

“Azəriqaz” rəhbəri ötən ayın hesabatını təqdim etdi - Fotolar

“Azəriqaz” rəhbəri ötən ayın hesabatını təqdim etdi
Sosial16:47Oxunma sayı: 442

“Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib. Bu da 2021-ci ilin yanvar ayı ilə müqayisədə 102 milyon kubmetrdən artıqdır”.

“Azadsəs.az” xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayənləri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 29 milyon kubmetr artıq olub.

Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar ayının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. O, həmçinin qeyd edib ki, qaz itkiləri ötən il yanvar ayında 8,8 % təşkil edirdisə, bu ilin yanvar ayında bu göstərici 6,3 %-ə enib: “Yəni itkilər 2,5 faiz azalıb”.

Baş direktor yığım səviyyəsi ilə bağlı da məlumatı təqdim edib. Onun sözlərinə görə cari ilin yanvar ayında yığım səviyyəsi 91 % olub: “Qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 %, qeyri-əhali üzrə 87 % təşkil edib”.

Yeni abonentlərin sayına gəldikdə isə 5 903 yeni abonent qeydə alınıb: “Yeni abonentlərin 5 639 nəfəri əhali, 262-si isə qeyri-əhali qrupu üzrə olub”.

Limit məsələsinə toxunan baş direktor ötən ay abonentlərin 98 %-nin 1 200 kubmetrlik limit həcmini keçmədiyini bildirib.

Onun sözlərinə görə ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub ki, bu da “Azəriqaz” İB-nin ümumi abonentlərinin sayının 2,1 %-ni təşkil edib. Həmçinin ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərin çəkilməsinə başlanıldığı da qeyd edilib.

Məlumat üçün bildirilib ki, çəkilən qaz xətlərinin ümumi uzunluğu 13,7 kilometr təşkil edib ki, bunun da 1 kilometri Bakı şəhərində həyata keçirilib.

Digər 12,7 kilometr qaz xətləri regionlarda çəkilib. Bundan əlavə Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkələr üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.

Baş direktor onu da qeyd edib ki, bundan sonra hər ayın əvvəli ötən ayın yekunlarına dair bütün statistik məlumatlar mətbuat və QHT nümayəndələrinin diqqətinə çatdırılacaq.







DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib