azadses.az » Cəmiyyət » “Yasamal polisi ona aidiyyəti olmayan işi araşdırır”

“Yasamal polisi ona aidiyyəti olmayan işi araşdırır”

Bakıda sahibkar onunla bağlı başlanan cinayət işinin düzgün aparılmadığını iddia edir.

“Azadsəs.az”a müraciət edən şikayətçi Vüsal Qasımzadə bildirib ki, tanışı və biznes ortağı Müzəffər Salmanovun müraciəti əsasında Yasamal Rayon Polis İdarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Müzəffər Salmanov istintaqa əlyazma təqdim edərək ifadəsində qeyd edib ki, V.Qasımzadə dələduzluq yolu ilə ondan 123 000 dollar alaraq mənimsəyib. V.Qasımzadənin sözlərinə görə, Müzəffər Salmanovu 2019-cu ilin dekabrından tanıyır: "Onunla razılığa gəlmişdik ki, yerli bazarda armatur, katinka və müxtəlif tikinti materiallarının şərikli alqı-satqısı ilə məşğul olaq.

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən Müzəffər Salmanova aid ofisdə bir neçə dəfəyə ondan 123 000 dollar almışam. Bu pulla aldığım materialların alqı-satqısı nəticəsində əldə olunan qazancı elə həmin ofisdə Müzəffərə vermişəm. Hər dəfə pulu verəndə də onun otağındakı kameraya pulu göstərib sonra özünə vermişəm. İndi Müzəffər ofisi başqasına satıb, kamera görüntüləri də məhv edilib. Həmin iş üzrə araşdırmanın Yasamal rayonuna aidiyyəti olmadığına baxmayaraq, iş Yasamal rayon Polis İdarəsində araşdırılır”.

V. Qasımzadə deyir ki, qanuna görə şikayəti Nərimanov rayonunun hüquq-mühafizə orqanları araşdırmalıdır: “Əslində bu iş mülki məsələdir, burada cinayət tərkibi yoxdur. Yasamal polisi isə mülki məsələ olan pulu ödətdirmək üçün cinayət işi başladıb mənə təzyiq edir. Amma araşdırılsa belə, bunu Yasamal yox, Nərimanov polisi etməlidir. Mən Müzəffərlə heç vaxt Yasamal rayonu ərazisində görüşməmişəm. Araşdırma zamanı vəkilim dəfələrlə vəsatət verərək həm mənim, həm də Müzəffər Salmanovun istifadəsində olan mobil nömrələr üzrə anten məlumatların əldə edilməsinə dair sorğunun göndərilməsini xahiş edib.

Buna baxmayaraq, həmin vəsatətlərə nə rayon prokurorluğu, nə də polis idarəsi tərəfindən cavab verilir. Anten məlumatlara dair sorğu əldə ediləcəyi təqdirdə cinayət işinin Yasamal rayonuna aidiyyətinin olmadığı, Müzəffər Salmanovun ifadəsinin həqiqətə uyğun olmaması aşkar olunacaq. Hazırda Yasamal polisi ona aidiyyəti olmayan işlə bağlı cinayət işi başladaraq istintaq aparır.

Belə ki, Müzəffər 123.000 ABŞ dollarını aldıqdan sonra mənim onu müxtəlif bəhanələrlə aldatdığımı göstərib. Halbuki anten məlumatlarla mənim ittiham dövründə Müzəffərlə dəfələrlə görüşməyim, onunla əlaqə saxlamağım və mənim ifadəmdə göstərdiyim kimi birgə ticarətdən gələn xeyrin onunla bölüşdürməyim sübut olunacaq”.

Vüsal Qasımzadənin iddiasına görə, həmin cinayət işində şahid qismində dindirilən şəxslər də saxtadır: “Mən həmin şəxsləri tanımıram. Onlar heç vaxt Müzəffərlə görüşlərimizdə yanımızda olmayıblar. Anten məlumatları əldə ediləcəyi təqdirdə bu da sübuta yetiriləcək.

Baş proruror Kamran Əliyev və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək həmin işin nəzarətə götürülməsini və vəsatətlərin təmin edilməsini xahiş edirəm".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib