azadses.az » Cəmiyyət » Dini konfessiyaların rəhbərləri Prezidentə məktub ünvanladılar

Dini konfessiyaların rəhbərləri Prezidentə məktub ünvanladılar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident,
Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi - dünya şöhrətli qalib siyasi lideri Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə Sizə Ulu Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini - Vətən müharibəsindəki Zəfərinin qürurunu yaşayır. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər Günü kimi həkk etmiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-alinizdir. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirir. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan şanlı Zəfərin müəllifi Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyevdir. Bu mübarək bayram bizə fürsət verir ki, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Sizə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, faşizm, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrini - vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər həmin məkanların tezliklə bərpası istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin möhkəm siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizin Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttini və Sizinlə birgə
böyük səylər göstərən silahdaşınız Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini hər zaman dəstəkləyirlər. Biz dini konfessiya rəhbərləri olaraq Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə təmsil etdiyimiz icmalar adından dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik.

Möhtərəm cənab Prezident, ölkə dindarlarının adından Sizi bir daha Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik. Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin ilk ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız daim yardımçınız olsun, öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Hörmətlə,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Melih Yevdayev,

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiya İdarəsinin katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti,

Aleksandr Şarovskı

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri,

Robert Mobili

Alban-udi xristian dini icmasının sədri”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu