azadses.az » Cəmiyyət » Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub - FOTO

Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub - FOTO


Noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirdi ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edildi ki, “Meysəri” yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq “Şamaxı” yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, “Meysəri” yarımstansiyası ilə 35/10 kV-luq “Çuxuryurd-1” yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib. Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıq quraşdırılıb. Perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.

Diqqətə çatdırıldı ki, şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün “Meysəri” yarımstansiyasında “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur. Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.

Dövlətimizin başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə saldı.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib