azadses.az » Cəmiyyət » Şeyxin “Azərbaycan” sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu -Foto

Şeyxin “Azərbaycan” sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu -Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə sosial media hesabında Özbəkistan Respublikasında keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirakından yazıb.

Oxu.Az xəbər verir ki, Cavanşir Paşazadə “Facebook” hesabındakı paylaşımında dəfələrlə kobud orfoqrafik səhvlərə yol verib.

Belə ki, cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi” kimi qeyd edib.

Üstəlik, deputatın təmsil etdiyi ölkənin adının düzgün yazılış qaydasını bilmədiyi məlum olub. Cavanşir Paşazadə paylaşımında “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd edib.

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.

Deputatın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub, o, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Onun sosial media hesabında yazdıqlarını olduğu kimi təqdim edirik:

“Özbəkistan respublikasında keçirilən Prizident seçkilərində , Azarbaycan respublikasının parlamenti tərəfinnən muşahidəçi kimi iştirak edirəm”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda kitabxana yanıb
  2. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  3. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  4. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  5. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  6. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  7. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  8. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  9. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  10. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib