azadses.az » Cəmiyyət » DİN yanında İctimai Şuranın sədri dəhşətli qəzanın SƏBƏBLƏRİNİ SADALADI

DİN yanında İctimai Şuranın sədri dəhşətli qəzanın SƏBƏBLƏRİNİ SADALADI

“Bakı kimi böyüyən şəhərdə yol-nəqliyyat infrastrukturu, yol hərəkətinin təşkili, təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu məsələlərdə səhlənkarlıq, planlaşdırmanının olmaması, korporativ maraqların ön plana çıxması sonra insan həyatları bahasına başa gəlir”.

Bu sözləri Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev 13 oktyabr 2021-ci il tarixində Mərdəkan istiqamətində beş nəfərin ölümü, 25 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən qəzanın səbəbləri barədə danışarkən deyib.

“Hadisə baş vermiş cibli avtobus dayanacağı yerüstü piyada keçidinin yaxınlığında, eyni zamanda şosenin üfüqi əyrisində və yerli əhəmiyyətli yolun şose ilə birləşməsinin sürətləndirmə zolağından bir qədər aralı yerləşir.

İndi isə səbəblər barədə danışaq, hər bir yol-nəqliyyat hadisəsinin çoxlu səbəbləri olur, bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

İnsan faktoru

- Yük maşınının sürücüsünün gecə vaxtı uzun məsafəni qət edərək istirahət etməməsi.

- Sürücünün az sürücülük təcrübəsinə malik olması və çox gənc olması.

- Yük maşınının sürücüsünün yuxulaması nəticəsində idarəetməni itirməsi.

- Avtobus gözləyən sərnişinlərin dayanacaq pavilionunda deyil, yerüstü piyada keçidinin altında yerləşəm ticarət köşkünün yanında toplaşması.

Nəqliyyat vasitəsi faktoru

- “Daewoo BS90” markalı avtobusunun ağırlıq mərkəzinin yuxarı olması onun aşma ehtimalını artırır. Bu nəqliyyat vasitəsinin sərnişinlər üçün yetərli təhlükəsizliyi təmin edə bilmir (avtobusların yenilənməsi bu kimi problemlərin aradan qalxmasına hədəflənir).

- Yük avtomobilinin nasaz olma ehtimalının olması.

Sosial-iqtisadi faktorlar

- Yük maşınının sürücüsünün müvafiq icazə olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması.

- Dayanacaq cibinin çox zaman qeyri-formal nəqliyyat tərəfindən (1 manatlıq taksilər) zəbt edilməsi ilə avtobusların dayanacaq pavilionunda saxlamasına əngəl olmaqla yükdaşıma fəaliyyətinin zəif tənzimlənməsi.Ümumi problemlər

- Sürücülük vəsiqələrinin verilməsinin təkmilləşməsi.

- Sürücülük hüququ verilərsə belə müvafiq hallarda zəruri təcrübə tələbi.

- Qeyri-formal sərnişindaşıma ümumilikdə sərnişin təhlükəsziliy riskləri yaradır.

- yükdaşımada texniki və tibbi müayinənin keçirilməsi tələbi.

Hesab edirəm ki, bu qəza və onun ağır nəticələri əlaqədar dövlət qurumları üçün bu sahədə problemlərin həlli istiqamətində real olaraq hərəkətə keçilməsi üçün ciddi siqnal olmalıdır. İctimaiyyət nümayəndələri də bu məsələləri diqqət mərkəzində saxlamalı və davamlı islahatların həyata keçirilməsinə nail olmalıdır”, - deyə Ə.Nuriyev bildirib.

Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu