Alimlər yaxınlaşan ölümün “qoxusunu” müəyyən ediblər
Britaniyalı alimlər apardıqları araşdırma nəticəsində qoxunun köməyi ilə yaxınlaşan ölümün müəyyən edilə biləcəyini öyrəniblər.
Belə ki, Kent Universitetinin Psixologiya Məktəbinin tədqiqatçısı Arno Vismar könüllülərə putrestsin (çürüntü), ammonyak və su iylədib. Daha əvvəl heç qarşılaşmadıqlarına baxmayaraq, yalnız birinci komponentin qoxusu təcrübədən keçənlərdə təşviş yaradıb.
Alim bunu izah edərkən bildirib ki, insanın öldüyü anda bədənində müəyyən proseslər gedir və bu müddətdə bir çox ətirlər sərbəst buraxılır (insan bunu hiss edir), bu ətirlərdən biri də putrestsin iyi olur.
Elm adamlarının sözlərinə görə, bu, hətta ölümdən bir il əvvəl də baş verə bilər.
“Ölüm iyi” gələndə insanlar şüuraltı olaraq dəyişməyə başlayırlar və bilmədən, sonlarını yaxınlaşdırırlar”, - deyə alim vurğulayıb.
Lakin, tədqiqatçıların onu da qeyd ediblər ki, “əcəl iyi” ölümün xəbərçisi deyil, əksinə orqanizm üçün təhlükənin siqnaldır.
“Belə bir qoxu insanın təşvişə düşməsi üçün siqnaldır və yaxınlaşan ölümün səbəbini tapmasının lazım olduğunu anlamasına kömək edir”, - deyə alimlər sözlərini yekunlaşdırıblar.
Mənbə: “Pyatıy kanal”