azadses.az » Cəmiyyət » “Slavyanka” qələbəmizin ildönümünə yenilənmiş məhsul həsr etdi

“Slavyanka” qələbəmizin ildönümünə yenilənmiş məhsul həsr etdi

“Gədəbəy Mineral Suları” şirkəti xalqımızın erməni işğalçıları üzərində şanlı qələbəsinin ildönümünə yeni etiketli məhsul həsr edib. Üzərində “YAŞAT” Fondunun loqotipi olan məhsuldan əldə olunacaq gəlirin bir hissəsi həmin fonda köçürüləcək. “Məhsul bizim hərzamankı təbii minerallı “Slavyanka” süfrə suyumuzdur. Sadəcə olaraq, 500 ml-lik qablaşmanı “YAŞAT” Fondu ilə birgə brendləşdirdik. İstehlakçılarımızın bu məhsula ödədikləri vəsaitin 10 %-i şəhidlərimizin ailələrinin və müharibədə yaralanan qazilərimizin təminatı üçün təsis edilmiş Fonda yönəldiləcək”,- deyə şirkətdən bildirilib.

Şirkət bu məhsulu öz qəhrəmanlığı ilə xalqımızı aydınlığa çıxaranların xatirəsinə kiçik bir töhfə sayır. Vətən müharibəsi şəhidlərimizin ailələrinə və qazilərimizə necə dəstək verə biləcəyimizlə bağlı şirkətimiz daxilində və Fondla apardığımız müzakirələrdən sonra bu addımı atmağı qərara aldıq. Kiçik həcmli su məhsullarımızın dövriyyəsi digərlərindən böyükdür və bu sular rəflərdə çox yer tutur. Ümid edirik ki, məhsullarımız həm də bu xeyriyyə fondunun daha çox diqqət mərkəzində qalmasına kömək edəcək. ” - “Gədəbəy Mineral Suları” şirkətinin icraçı direktoru Adil Haqverdiyev deyib. Şirkət direktoru əlavə edib ki, yeni məhsul yalnız şəbəkə marketlərində təqdim olunacaq. Buna səbəb həmin marketlərdəki satış dövriyyəsinin izlənilə bilməsidir.

Qeyd edək ki, bu addım “Gədəbəy Mineral Suları”nın YAŞAT Fondu ilə ilk əməkdaşlığı deyil. Şirkət bir müddət əvvəl Fondun və “ASAN Könüllüləri” Təşkilatının şəhid övladları üçün birgə təşkil etdikləri “YAŞAT” düşərgəsini 6 həftə boyunca su ilə təmin edib.

“Gədəbəy Mineral Suları” şirkəti 2004-cü ildə Azərbaycanın ilk qazsız qablaşdırılmış təbii minerallı süfrə suyu markası – “Slavyanka” ilə fəaliyyətə başlayıb. Bu gün geniş yayım və çatdırma şəbəkəsi olan şirkət Gədəbəy dağlarının insan orqanizmi üçün faydalı mineral və elementlərlə zəngin suyunu və həmin sudan hazırlanmış limonadları ölkənin hər bir nöqtəsinə təqdim edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  2. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  3. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  4. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  5. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  6. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  7. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  8. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  9. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  10. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu