azadses.az » Cəmiyyət » İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ

İctimai fəalın döyülməsi iddiaları il bağlı açıqlama - RƏSMİ

Sosial şəbəkələrdə ictimai fəal Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığına dair məlumatlar paylaşılıb.
Azad Səs Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımlarda iddia edilir ki, Binəqədi İnzibati Saxlanma Təcridxanasında 30 sutkalıq inzibati həbs cəzası çəkən N.Əhmədova ağır işgəncələr verilib və bu barədə o, çətinliklə də olsa, ailə üzvlərinə məlumat ötürə bilib.
Sosial şəbəkədə yayılan məlumatların da ilk olaraq ictimai fəal N.Əhmədovun ailə üzvləri tərəfindən ictimailəşdirildiyi qeyd olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, karantin rejimini pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülür:
“Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, gün ərzində onlarla vətəndaş ictimai nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən müəyyən edilərək, barələrində inzibati qaydada tədbirlər görülür. Tovuz rayon sakini Niyaməddin Arif oğlu Əhmədov da onlardan biridir. Aprelin 16-da o, xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb.
Bu əməli azmış kimi, o, üstəlik polisin qanuni tələbinə də riayət etməyib. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci madəlləri ilə protokol tərtib olunub və Xətai rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib”.
E.\Zahidov onu da əlavə edib ki, vətəndaş N.Əhmədovun söyülməsi və işgəncələrə məruz qalması haqqında sosial şəbəkələrdə paylaşılan məlumatlar əsassızdır:
“Bəziləri sosial şəbəkələrdə N.Əhmədovun həbsi ətrafında əsl şou yaradaraq iddia edirlər ki, guya o, şərlənib, döyülüb, təzyiqə məruz qalıb. Bu iddiaların heç bir əsası yoxdur. Qərəzdən irəli gələn uydurmalardır. N.Əhmədov törətdiyi konkret hüquqazidd əmələ görə qanuna uyğun olaraq, məhkəmənin qərarı ilə həbs edilib. Saxlanılan andan vəkillə təmin olunub, həkim müayinəsindən keçirilib. Vaxtında qida ilə təmin olunur və saxlanma şəraitindən də heç bir narazılğı yoxdur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib