Şirvanda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsini Şirvan şəhəri ərazisində aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini İlham Musayevə COVID-19 virusuna yoluxduğu ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.
Lakin adı çəkilən şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və Şirvan şəhəri ərazisində çalışdığı avtoyuma məntəqəsinə gedib.
Onun olduğu yer polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxs dərhal tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
İ.Musayev barəsində Hacıqabul RPŞ-də araşdırmalar aparılır.