Qaradağda yol qəzası olub, xəsarət alan var
![](/uploads/posts/2021-08/medium/1629239317_8e05ac1c-1125-3802-8b89-3f02a24e029e_850.jpg)
"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Həsənov Fuad Rövşən oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.