azadses.az » Cəmiyyət » Şəmkirdə vətəndaşın torpaq sahəsi zəbt olunub

Şəmkirdə vətəndaşın torpaq sahəsi zəbt olunub

Məhərrəm Quliyev deyir ki, atasının adına olan 8 sot torpaq sahəsi xəbərdalıq edilmədən başqa şəxsin adına keçirilib
Şəmkirin Çinarlı qəsəbəsində anadan olan Quliyev Məhərrəm Yaşar oğlu müraciət edərək, atasının adına olan 8 sot torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə satıldığını iddia edir. Hazırda Tovuz rayonunda "N" saylı hərbi hissədə xidmət aparan Məhərrəm Qulıiyev dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, problemi həllini tapmayıb:
"1997-ci ildə Şəmkirin Çinarlı qəsəbəsində hər ev başına 8 sot həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atam Quliyev Yaşar Hüseyn oğlunun adına olub. 2009-cu ildə isə verilmiş 8 sot torpaq sahəsi qanunsuz sənəd əsasında satılıb. Dəfələrlə Şəmkir rayonu Çinarlı qəsəbəsi bələdiyyəsinə və kənd sovetinə, eyni zamanda Şəmkir şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Ora getdiyim zaman Torpaq və xəritəçəkmə şöbəsinin nümayəndəsi də orda idi. Daha sonra icra başçısının müavini Tofiq müəllim məni qəbul etdi. Problemimi ona danışdım. Bildirdi ki, biz sənə kömək edə bilmərik.
Daha sonra bu qurumlardan məni Şəmkir şəhər Məhkəməsinə yönləndirdilər. Lakin bunun da heç bir nəticəsi olmayıb. Məhkəmənin əməkdaşı mənə ərazinin çertyojunu gətirməyimi bildirdi. Sadəcə, mənim əlimdə ərazinin atamın adına olmasıyla bağlı sənəd var. Başqa sənəd yoxdur. Mənə bildirdilər ki, bu sənəd o qədər də önəm daşımır.
Bundan əlavə, dəfələrlə aidiyyatı qurumlara da müraciət etmişəm. Həmin qurumlarda məsələnin tezliklə həll olunacağını desələr də, təəssüf ki, problem olduğu kimi qalmaqdadır. Hazırkı bələdiyyə sədri bildirir ki, “məndən əvvəlki bələdiyyə sədrinin vaxtında sözügedən torpaq sahəsi satılıb”. İddia edirlər ki, bələdiyyə binası yandırıldığına görə, bütün sənədlər yanıb. Bu baxımdan bərpa edə bilmədiklərini deyirlər.
Qeyd etmək istəyirəm ki, hazırda arxiv idarəsinə verilmiş 8 sot torpağın atam Quliyev Yaşar Hüseyn oğlunun adına sənədi var. Xahiş edirəm ki, bu məsələni işıqlandırasınız və problemin həllində yardımçı olasınız".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib