Xətai rayonunda gənc oğlan yol qəzasında xəsarət aldı
- 13-06-2021, 11:21
- Cəmiyyət
![](/uploads/posts/2021-06/medium/1623568072_5b0d1258-0f1c-3f97-a1eb-41bcd8c4ac40_850.jpg)
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1992-ci il təvəllüdlü Əlizadə Hüseyn İbadulla oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.