azadses.az » Cəmiyyət » Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

İsmayıl Hüseynov vəkil Sevil Hacıyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edir
“Sevil Hacıyeva dələduzluq yoluyla ələ keçidiyi pulları rüşvət qismində hüquq-mühafizə orqanlarına verərək, cinayət işini ört-basdır edir”
Tovuz rayonunun Qovlar şəhərinin sakini İsmayıl Hüseynov “Hürriyyət”in redaksiyasına müraciət edərək, özünü vəkil kimi təqdim edən Sevil Hacıyeva tərəfindən aldadıldığını bildirib. Tovuzun tanınmış iş adamı sayılan və sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, iki oğlu hazırda həbsdədir. Oğlanlarına vəkillik edən Sevil Hacıyeva Hüseynovlar ailəsinə yalan vədlər verərək, ailənin ümumilikdə 470 000 manat pulunu və əmlaklarını mənimsəyib. Bütün bunlara rəğmən, İ.Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib.
Şikayətçi iddia edir ki, Sevil Hacıyeva təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi zirəkliyə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilməyəcəyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, “zerkalnı” nömrədən tutmuş “Range Rover” markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə, o, bütün sadalananlardan əlavə, ailənin digər əmlaklarını da mənimsəyib.
İsmayıl Hüseynov bildirir ki, hüquq-mühafizə orqanlarına müraciət etsə də, “Sevil Hacıyeva dələduzluq yoluyla ələ keçidiyi pulları rüşvət qismində hüquq-mühafizə orqanlarına verərək, cinayət işini ört-basdır edir”. Şikayətçi ölkə başçısına müraciətində bildirir:
“Hörmətli Prezident!
Oğlanlarım Rahib və Emin Hüseynovların üzərinə keçmiş nəqliyyat nazirinin müavini (bacanağım) Arif Ələsgərovun və Tovuz rayon İcra Hakimiyyətinin başçıs Tofiq Zeynalovun oğlanlarının dələduzluqla əldə etdikləri külli miqdarda pul vəsaitinin ələ keçirilməsində öz günahlarını Rahiblə Eminin üzərinə yıxmaqla və atalarının nüfuzlarından istifadə etməklə oğlanlarıma cinayət işi qaldırmış və həbs etdirmişlər.
Oğlanlarımın istintaq işləri ilə əlaqədar Vəkillər Kollegiyasının 4 saylı Hüquq Məsləhətxanasına müraciət etdim. Oğlanlarımın hüquqlarının müdafiəsi üçün vəkil Sevil Balasultan qızı Hacıyeva ilə müqavilə imzaladıq. O, İşlə tam tanışlıqdan sonra məndən 2016-cı ilin sentyabr ayından köçürmə və nəğd əldən-ələ müdafiə xərcləri adı ilə 207 min 104 manat almışdır.
Bu hadisə ilə əlaqədar insult keçirmişəm. Nəticədə oğlum Eminə 9 il həbs cəzası veriləndə mən Sevil Hacıyevadan şübhələndim.
Rəhbərlik etdiyim “Arsenal” k/t-r şirkətinə məxsus maşın və texnikanı, yoldaşımın zinyət əşyalarını uşaqlarımın azad olunmasına tələb olunan xərc adı ilə məni inandırıb ələ keçirmişdir.
Oğlanlarımın hər ikisi 10-12 ay istintaq təcridxanasında qaldıqdan sonra, xəstəlikləri ilə əlaqədar məhkəməyə qədər Səbail rayon məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdır. Aldıqları məbləğdən kifayətlənməyib, guya hər iki oğlumun məhkəməyə qədər azadlığı üçün özündən 100 min manat pul xərcləmişdir.
2017-ci il tarixdə İran İslam bankında tanışları olduğunu və həmin bankdan 500 min manat güzəştli k/t krediti götürmək üçün bütün şərtləri razılaşdırdığını mənə və oğlum Rahibə demişdir. Belə ki, birinci mərhələdə evimin və şirkətimin oğlum Rahibin adına bağışlanılmasını söylədi (yaşımın 64 yaş olması olmasıyla əlaqədar). Müəyyən müddətdən sonra oğlum Rahib mənə bildirdi ki, kreditin düzəlməsinə mənim məhkumluğum icazə vermir. Biz S.Hacıyeva ilə razılığa gəlib kəbin kəsdirdik və biz də mənə bağışlanma yolu ilə adıma sənədləşdiriyimiz əmlakşları bağışlanma yolu ilə Gəncə “Asan Xidmətdə” S.Hacıyevanın adına sənədləşdirdik. Bu yolla vəkil Sevil Hacıyeva oğlumla saxta kəbinə düşməklə və mənim xəstəliyimdən istifadə etməklə bütün əmlakımı saxta yolla öz adına sənədləşdirmişdir.
Mən S.Hacıyevadan əmlakımın adıma sənədləşdirilməsini tələb etdikdə, mənim ona 100 min manat borclu olduğumu bildirdi. Mən bu borcun hardan yarandığını soruşduqda, o, mənə “oğlanlarının təcridxanadan məhkəməyə qədər ev dustaqlığına buraxılması üçün xərclədiyim xərcdir, əgər bu xərcləri ödəməsəm əmlakını satışa çıxaracam. Artıq sən mənə heç nə edə bilməzsən. Mən öz istəyimə nail oldum”, – deyə bildirdi.
Ümumilikdə Sevil Hacıyevaya  470 000 AZN pul vermişik. Ona ödəniş etdiyim qəbzlər hamısı bizdədir. Bundan əlavə evimizi, maşınlarımızı və digər dəyərli əşyalarımızı mənimsəyib. Pulları məmimsəmək üçün öğlumun ailəsini dağıdıb.
Cənab Prezident, sizdən xahiş edirəm ki, dələduzluq yolu ilə oğlanlarımı tam azad etdirmək adı ilə məni inandırıb, əyri yollarla əmlaklarımı və pullarımı ələ keçirmiş Sevil Hacıyevadan mənə dəymiş zərərlərin geri qaytarılmasına hüquqi qiymət verib, köməkliyinizi əsirgəməyəsiniz.
Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan və Baş prokuror Kamran Əliyevdən məsələni nəzarətlərinə götürməyi xahiş edirik”.
Sevil Hacıyevayla bağlı mediada apardığımız araşdırmalardan məlum oldu ki, o, Rusiyada təhsil aldığını və daha sonra təhsilini Ukraynada bitirdiyini bildirir. Maraqlıdır ki, Vəkillər Kollegiyasının saytında “xarici dil biliyi yoxdur” yazan Sevil Hacıyeva Rusiyada, yaxud Ukraynada hansı dildə təhsil alıb? Bu yəqin ki, aidiyyatı qurumlara da maraqlı gələr.
Əslində isə, aydın olur ki, o, 1998-2001-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil alıb. Elşad Abdullayevin “ABU”-sunu görən kimi şübhələrimiz daha da artdı…
“Hürriyyət”in əldə etdiyi digər məlumata görə, Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasından da kənarlaşdırılıb.
Ümid edirik ki, aidiyyatı qurumlar Hüseynovlar ailəsinə dəymiş zərərlərin aradan qaldırılması üçün hüquqi yardımını əsirgəməyəcək və etibardan sui-istifadə edərək ailəyə zərər verdiyi təsdiqini taparsa, qanun qarşısında cavab verməli olacaq.
YƏHYA
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu