azadses.az » Cəmiyyət » Qarabağ xristianları şairə Natəvanın məzarının erməni millətçiləri tərəfindən təhqir edilməsini pisləyirlər

Qarabağ xristianları şairə Natəvanın məzarının erməni millətçiləri tərəfindən təhqir edilməsini pisləyirlər

Ermənistan - Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanovun rəhbərliyi ilə Qarabağ ermənilərindən ibarət qrup Qarabağda erməni işğalı dövründə memarlıq və tarixi abidələrin dağıdılması ilə bağlı bəyanatla çıxış edib.
“Qarabağın azad olunan ərazilərinə Azərbaycan və əcnəbi jurnalistlərin, mədəniyyət və incəsənət xadimlərinin çoxsaylı səfərləri bizdə qarışıq sevinc və nostalji hisslər doğurub”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi bəyanatda deyilir.
“Lakin gördüyümüz foto və videokadrlarda Qarabağda memarlıq və tarixi abidələrin pis vəziyyətdə olması bizi heyrətləndirdi. Xüsusilə, tamamilə dağıdılmış Ağdam şəhərində faciə və hörmətsizlik törədilib – erməni işğalı dövründə Qarabağ xanlarının və onların ailə üzvlərinin məzarları olan “İmarət” kompleksi dağıdılaraq təhqir olunub. XVIII əsrə aid bu unikal memarlıq kompleksinin dağıdılması, talanması və donuz damına çevrilməsi azmış kimi, həm də təhqir olunub – şairə Xurşidbanu Natəvanın məzarı açılaraq nəşi oğurlanıb. O, sonuncu Qarabağ xanının qızı, məşhur şairə və messenat olub”, - sənəddə qeyd olunur.
O cümlədən, bəyanatda deyilir: “Bizim əcdadlarımızın, Qarabağ xristianlarının, Qarabağ hökmdarları, müsəlmanlarla bilavasitə və qohumluq əlaqələri var. Biz anlamırıq, ümumiyyətlə bu cür təhqirə necə imkan verilib, bunu törədənlərin damarlarında bir qram qarabağlı qanının axdığına belə şübhə edirik. Ümumiyyətlə, insan olan kəslər bu cür əməllər törətmirlər, axı bu təhqiri törədənlərin bütün nəsli üçün lənət və Tanrı tərəfindən cəzalanma ilə nəticələnə bilər. Axı Natəvan xeyriyyəçiliklə məşğul olub, Şuşaya su çəkdirib, ermənilər də həmin suyu içiblər. Necə belə nankor olmaq olar? Natəvanın xeyriyyəçiliyi və onun yaradıcılıq irsi nəinki müsəlmanlara, həm də ermənilərə fayda gətirir. Axı bu, bizim ümumi Qarabağ tariximizdir və bizim əcdadlarımız Qarabağ xanlarına və onların ailə üzvlərinin irsinə və xatirəsinə bu cür vəhşicəsinə münasibəti bağışlamayacaqlar”.
“Qarabağ xristianları – Ağacanovlar, Yaxşıbəyovlar, Cəlalovlar, Doluxanovlar və s. nəsillər adından, Natəvanın məzarı, “İmarət” kompleksi və bütövlükdə Qarabağın bütün memarlıq abidələrinə qarşı vandallığı və vəhşiliyi qəti şəkildə qınayırıq. Əgər bizi, Qarabağın xristian-türklərini erməni millətçiləri Qarabağdan qovmasaydılar, biz bu cür barbarlıq, hörmətsizlik və rüsvayçılığa imkan verməzdik. Bu cür hörmətsizlik edənlər unutmasınlar ki, bu, onların nəsli, ailə üzvləri üçün rüsvayçılıq damğası olan çox ağır günahdır. Şübhə etmirik ki, bu hörmətsizliyi edənlər cəzalandırlacaqlar”, - bəyanatda vurğulanır. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib