azadses.az » Cəmiyyət » “Azəriqaz” hazırlıqlardan danışdı: “Təsəvvür edin, su xəttini qaz xəttinə qoşublar...”

“Azəriqaz” hazırlıqlardan danışdı: “Təsəvvür edin, su xəttini qaz xəttinə qoşublar...”

“Kəskin hava şəraitində qaz təchizatı ilə bağlı problemin yaranmaması üçün bütün qüvvələrimizi prioritet olaraq müvafiq istiqamətə cəlb edəcəyik. Həmçinin qaza böyük həcmdə tələbat yaranarsa, buna cavab verməyə çalışacağıq”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov fevral ayının 24-dən etibarən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verərkən deyib.
“Əslində əvvəlcədən qaza tələbatın nə qədər olacağını demək çətindir. Lakin fevral ayının 17-dən 22-nə qədər artımın olduğu müşahidə olunub. Buna baxmayaraq, hətta fevral ayının 21-i havanın mülayim olmasına baxmayaraq ən çox artım da elə həmin gün qeydə alınıb. Havanın kəskin keçəcəyi günlərdə qaza tələbatın nə qədər olduğunu bu günləri başa vurduqdan sonra hesabat şəklində təqdim edəcəyik”, - deyə Ceyhun Səfərov bildirib.
O əlavə edib ki, bu günlər ərzində qaz təchizatı dayandırılmayacaq, lakin Bakı şəhərində böyük təmir prosesləri gedən ərazilər var:
“Hava şəraiti imkan verməyəcəksə, ümumiyyətlə həmin təmir işləri aparılmayacaq. Müəyyən işlərin görülməsi qaz təchizatının dayandırılmasına səbəb olacaqsa, biz həmin işləri müvəqqəti olaraq dayandıraraq başqa vaxta keçirəcəyik.
Bundan başqa qəza halları da yarana bilər. Kiminsə sayğacında qaz sızması ola bilər. Bu təhlükəli haldır. Orada qaz təchizatı dayandırılmalıdır. Məsələn dünən axşam saatlarında yaşayış binalarının birində səhvən su xəttini qaz xəttinə qoşmuşdular. Təsəvvür edin, qaz xətlərindən su gəlirdi. Əməkdaşlarımız gecə saatlarına qədər orada səylə çalışdı ki, təmir işləri növbəti günə qədər uzanmasın. Bu cür qəza hallarını heç kim təxmin edə bilməz. Gördüyünüz kimi bir abonentin səhvi bütün binanı qazsız qoya bilir.
Bu gün şimal rayonlarından birində qaz xətti zədələnib. Rəhbərlik tərəfindən göstəriş verildi ki, dərhal onun texniki baxımdan bərpası aparılsın. İşlər isə cəmi 4-5 saat vaxt apardı. Biz problemi maksimum həll etməyə çalışdıq”.
Qurumun mətbuat katibi qeyd edib ki, sayğac əvəzlənmələri tədbirlər planına uyğun həyata keçirilir:
“Bu il 500 mindən çox sayğac açılaraq dövlət yoxlanışına təqdim olunmalıdır. Ötən il isə 480 min sayğac dövlət yoxlanışına aparılaraq əvəzləndi. Sayğacların əvəzlənməsi prosesi adətən soyuq günlərdə kütləvi şəkildə həyata keçirilmir. Çünki, əsas qüvvələr qəza hadisələrinə və qaz təchizatında problemlərin yaranmaması üçün cəlb olunur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu