azadses.az » Cəmiyyət » 20 Yanvar faciəsi haqqında ABŞ mətbuatında məqalə dərc edilib - FOTO

20 Yanvar faciəsi haqqında ABŞ mətbuatında məqalə dərc edilib - FOTO

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Qara Yanvar faciəsi haqda yazdığı məqalə 19 yanvar 2021-ci il tarixində ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.
Bu barədə Baş Konsulluqdan xəbər verilib.
Bildirilib ki, məqalədə baş konsul 31 il əvvəl 20 yanvar 1990-cı ildə 26 minlik Sovet ordusunun Bakı şəhərinə hücum edərək qadın, uşaq və qocalar da daxil olmaqla, dinc əhaliyə qarşı qırğınlar törətdiyini bildirir. O, Qanlı Yanvar faciəsindən öncə regionda baş verən proseslərə işıq salır.
N.Ağayev 1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı proqramların başlandığını, Yerevan rəsmi dairələrinin dəstəyilə erməni quldurlarının azərbaycanlılar məskunlaşan kəndlərə hücum edərək yüzlərlə azərbaycanlını qətlə yetirdiyini diqqətə çatdırır. O, bunun ardınca azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi prosesinin başlandığını və nəticədə 250 mindən çox azərbaycanlının Ermənistandakı öz doğma yurdlarından qovulduğunu yazır. Həmçinin, eyni vaxtda Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları qaldırdığını bildirir.
Baş konsul bütün bu ədalətsizliklərin və SSRİ rəhbərliyinin ermənipərəstliyinin Azərbaycanda ciddi ümumxalq etirazlarına səbəb olduğunu və kütləvi nümayişlərə gətirib çıxardığını, bu nümayişlərin də tezliklə milli azadlıq hərəkatına çevrildiyini vurğulayır. 
Müəllif bu hərəkatdan ciddi narahatlıq keçirən SSRİ rəhbəri Qorbaçovun Bakıya qoşun yeridərək mülki insanları öldürməklə Azərbaycan xalqını qorxutmaq məqsədi güddüyünü, ancaq bu məqsədinə nail ola bilmədiyini yazır. Faciədən dərhal sonra, komendant saatı tətbiq olunmasına baxmayaraq, milyondan artıq azərbaycanlının Bakı küçələrinə axışaraq, faciə qurbanlarını yad etdiklərini və bu vəhşi cinayəti qətiyyətlə pislədiklərini bildirir.
Baş konsul Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin faciədən sonra Azərbaycan SSR-nin Mokvadakı daimi nümayəndəliyinə gedərək hadisəni kəskin şəkildə qınadığını, H.Əliyevin nümayiş etdirdiyi bu qətiyyətli mövqeyin Azərbaycan xalqını daha da ruhlandırdığını və faciədən qısa müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğunu bildirir. 
N.Ağayev məqalədə həmçinin Azərbaycanın müstəqillik tarixi, ölkəmizdə mövcud olan dinlərarası harmoniya və multikulturalizm ənənələri haqda yazır.
Baş konsul bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi dinamiklik və siyasi sabitliyin hökm sürdüyü önəmli geosiyasi gücə çevrildiyini bildirir. O, iqtisadi gücünə görə Azərbaycanın Cənubi Qafqazda ən güclü dövlət, keçmiş Sovet İttifaqı ölkələri içərisində ən güclü dövlətlərdən biri olduğunu, yüksək strateji önəm daşıyan qitələrarası enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayır.
N.Ağayev həmçinin ötən il Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini qeyd edərək, gündən-günə qüdrətlənən Azərbaycanın gələcəyə böyük əminliklə baxdığını bildirir.
Məqalə ilə bu linkdə tanış olmaq olar: https://medium.com/@nasimiaghayev/remembering-black-january-finding-hope-in-the-wake-of-unspeakable-tragedy-acdd5d003ef0 


Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Azərbaycanda zəlzələ olub
  3. Bakıda kitabxana yanıb
  4. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  5. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  6. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  7. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  8. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  9. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  10. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib