Dərslər bərpa edilir? – Təhsil Nazirliyi məlumat yaydı
- 13-01-2021, 13:16
- Cəmiyyət

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı qərar yoxdur.
"Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, hazırda pandemiya səbəbindən dərslər distant formada həyata keçirilir.