azadses.az » Cəmiyyət » Qarşıda daha böyük qələbələrimiz olacaq

Qarşıda daha böyük qələbələrimiz olacaq

Ermənistanda müxalif siyasi dairələrin yanvarın 11-də gözlənilən Moskva görüşü ilə bağlı müxtəlif şayiələr əsasında yaratdıqları ajiotaj hər şeydən əvvəl Paşinyana təzyiq göstərmək və onun istefasına nail olmağa xidmət edirdi. Buna baxmayaraq, Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş naziri ilk dəfə üzbəüz görüşdülər.
Görüşün gündəliyi əvvəlcədən açıqlanmasa da, günün sonunda üç ölkənin rəhbərləri tərəfindən səsləndirilən bəyanatlar danışıqların gedişini və mahiyyətini açıqlayır. Belə görünür ki, Ermənistan Baş naziri birləşmiş müxalifətin onun əleyhinə istifadə etdiyi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərib. Xüsusilə 9 noyabr tarixli Birgə Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi ilə bağlı, eləcə də həmin Bəyanatda yer almayan “Qarabağın statusu” ilə bağlı məsələ Baş nazirin təkid etdiyi əsas məsələlər olub. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb.
Hələ görüşdən əvvəl Prezident İlham Əliyev Ermənistanın hərbi əsir hesab etdiyi 62 erməni əsgərini hərbi əməliyyatların rəsmən dayandırılmasından Azərbaycanın suveren ərazilərinə soxulmuş terrorçular hesab etdiyini açıqlamışdı. Ona görə də 9 noyabr tarixli Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi haqqında razılaşma bu hərbiçilərə şamil edilə bilməz. Beləliklə, Ermənistan siyasilərinin demaqogiyası İlham Əliyevin qəti prinsipiallığı ilə üzləşərək növbəti dəfə məhv olub.
Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə ümumiyyətlə atəşkəs bəyanatında yer almayıb. Pezident Əliyevin və prezident Putinin görüş sonrası bəyanatlarında bu məsələ ilə bağlı heç bir fikir səsləndirməməsi onu göstərir ki, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunmayıb. Bu barədə də prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: “Heç bir status yoxdur və olmayacaq”
Prezidentlərin mediaya açıqlamalarından belə başa düşülür ki, müzakirələrin əsas mövzusu 9 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycan tərəfindədir. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə regionda sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi olaraq prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. Bu günkü üçtərəfli görüşdə də məhz bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində məhz Azərbaycanın mövqeyinin aparıcı olduğunu üzə çıxarır.
Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq.
Cavanşir Feyziyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  2. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  3. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  4. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  5. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  6. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  7. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  8. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  9. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  10. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu