azadses.az » Cəmiyyət » Koronavirusla bağlı həkimdən məsləhət: Bu dərmanları qəbul edin

Koronavirusla bağlı həkimdən məsləhət: Bu dərmanları qəbul edin

COVİD-19 xəstəliyinə aid hər hansı bir şikayətiniz - boğaz qıcıqlanması, boğaz ağrısı, burun tutulması, burun axması, öskürək, hərarətin yüksəlməsi, baş ağrısı, iybilmə və dadbilmə hissiyyatının pozulması, üşütmə, kürək-bel ağrıları, əzələ-oynaq-sümük ağrıları, halsızlıq, ürəkbulanma, qusma, mədə-bağırsaq pozğunluqları, ishal-diareya və s. oxşar əlamətlər varsa, poliklinikaya zəng edib sahə həkimi ilə əlaqə saxlayın, ilk növbədə gəlib sizdən test analizi götürsünlər.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Vəliyev deyib.
 
Onun sözlərinə görə, bu şikayətlər 3 gündən artıq davam edərsə, saturasiya 94-dən aşağı düşərsə və əlavə olaraq boğulma, təngnəfəslik, hava çatışmazlığı şikayətləri əlavə olarsa, mütləq döş qəfəsi orqanlarının kompütür tomoqrafiya müayinəsi aparılmalıdır.
 
Həkim qeyd edib ki, kompüter tomoqrafiyası zamanı müəyyən edilən “buzlu şüşə" mənzərəsi buzlaşma, kristallaşma, buz kristalları deyil. Bu, bir görüntü, əlamətdir və COVİD -19 xəstəliyindən illər öncədən radioloqların demək olar ki, hamısının istifadə etdiyi bir termindir.
 
Onun sözlərinə görə, KT və rentgen müayinəsində istifadə edilən x-şüaları (Rentgen şüaları) normal, hava ilə dolu ağciyərlərdən rahatlıqla keçir və bu, şəffaflıq adlanır. Çünki normal ağciyərlər x-şüaları üçün şəffaf mühitdir. Bəzi ağciyər xəstəliklərində, eləcə də ağciyərlərdə dəyişiklik yaradan COVİD-19 xəstəliyində (əgər virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına - kiçik bronxlara, alveollara, oradan da damarlara keçirsə) bronx divarlarında iltihabi qalınlaşma, alveollarda iltihab və digər dəyişikliklərlə əlaqədar olaraq oradakı havanın yerinə maye toplanır. Əgər bu proses ağciyərlərdə kiçik sahələri əhatə edirsə yəni, şüaların keçməsinə çox maneə yaratmırsa, rentgen müayinəsində ağciyərlər aldadıcı normal görünə bilər:
 
"Ağciyərlərdəki havalılığın azalması 20%-dən çox olmalıdır ki, o, rentgen müayinəsində aşkar edilə bilsin. KT müayinəsi isə həssaslığı çox olduğundan həmin o alveollardakı havanın yerinə daxil olmuş az miqdarda maye və iltihabi qalınlaşmaları göstərir. İndi görək necə göstərir? Bu dəyişikliklər şüaların bir hissəsinin ağciyərdən keçməsinə mane olur, həmin o maye və qalınlaşmış hissələr şüaların bir hissəsini udur, absorbsiya edir. Bunun nəticəsində əvvəldə qeyd etdiyimiz şəffaflıq təmiz deyil, bulanıq görsənir. Sanki təmiz şüşə kimi yox, buzlanmış şüşə kimi görünür və bu da “buzlu şüşə mənzərəsi” adlanır. Yəni ağciyərlərdə heç bir buzlaşma, kristallaşma getmir! Obrazlı şəkildə belə adlanır! Proses artıb dərinləşərsə, artıq daha böyük sahəni əhatə edir və alveollardakı mayenin qalınlaşmaların miqdarı və zədələnmiş sahələrin sayı artarsa, o zaman konsolidasiya-Rentgen və KT-də intensiv kölgəliklər görünür. Konsolidasiya-intensiv kölgəliklər görüntüsü “buzlu şüşə mənzərəsi”ndən daha ağır vəziyyətdir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu