azadses.az » Cəmiyyət » Vaqif Əsədovdan yol polisi ilə mübahisə edən sürücü barədə AÇIQLAMA

Vaqif Əsədovdan yol polisi ilə mübahisə edən sürücü barədə AÇIQLAMA

Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən görüntülər tərəfimizdən araşdırılıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuatın sorğusuna cavabında söyləyib. Onun sözlərinə görə, həmin görüntüdə əks olunan iddialar tibbi maskadan istifadə ilə bağlı olmayıb.
 
 O bildirib ki, dekabrın 17-də dövlət nömrə nişanı olmadan Badamdar şosesində hərəkət edən 99-DE-405 “Şevrolet – Aveo” markalı avtomobilə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü – 1987-ci il təvəllüdlü Taleh Xəlilov yol polisinin qanuni tələblərinə məhəl qoymadan, avtomobilin duracağa qoyulacağını bildikdən sonra hərəkətini davam etdirib, növbəti kobud qayda pozuntusu yaradaraq qaçmağa çalışıb:
 
“Avtomobili tək idarə edən şəxs yol polisini yayındırmağa çalışaraq, qadın tanışını yaxınlaşdığı ünvana çağırıb mübahisənin əsas tərəfinə çevirməyə və bunu kənardan videoqeydə aldırmaqla “həyat yoldaşının yanında polis ona təzyiq edir” görüntüsü yaratmağa cəhd edib. Avtomobil idarə etmək üçün müvafiq sənədlər və etibarnaməsi olmadan, 772 manat ödənməyən cərimə borcu olan şəxs qanunamüvafiq olaraq saxlanılaraq, Səbail RPİ 41-ci Polis Bölməsinə təhvil verilib.
 
Polis bölməsində sürücünün barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Səbail Rayon Məhkəməsinə göndərilib”.
 
V.Əsədov diqqətə çatdırıb ki, yol polisinin qanuni tələblərinə məhəl qoymayan sürücü barəsində sosial şəbəkələrdə yayılan məlumatlar tam əsassızdır:
 
“Tövsiyə edirik ki, polisin fəaliyyəti ilə bağlı ictimai fikrə yönələn istənilən informasiya DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu