azadses.az » Cəmiyyət » Zəfər Bayramı – Yeni Həyatın başlanğıc addımı

Zəfər Bayramı – Yeni Həyatın başlanğıc addımı

Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz.
İbtidai cəmiyyətlərdə müharibələr ovçu-toplayıcıların, qəbilə və tayfaların mövcudluq şərti idi. Homo Sapiens öz dəstəsindən olmayan bütün özünə bənzər məxluqlarda həyat riski görürdü və “öldürməkdən başqa onlarla nə etmək olar” haqqında heç düşünmədən rast gəldiyi bütün özünə bənzərləri öldürürdü.
Daha sonrakı cəmiyyətlərdə müharibələr tayfaların ürəyib-artan üzvlərini kifayət qədər qida ilə təmin etmək, özünə bənzərlər tərəfindən artıq sahmana salınmış yeni yaşayış yerlərinə sahib çıxaraq həyatını daha rahat davam etdirmək cəhdləri ilə şərtlənirdi. Onlar üçün də öldürmək yenə də sağ qalmaq zərurətindən irəli gəlirdi. Sağ qalmaq nə üçün zəruri idi? Daha sonrakı dönəmdə digər özünəbənzərlərin hücumlarından qoruna bilmək və öldürülməmək üçün. Sağ qalmaq isə yenidən müharibə etmək, yaşayış arealını genişləndirmək və daha geniş ərazilərdə daha çox qida mənbəyini əldə etmək üçün vacib idi. Bəşəriyyət beləcə qapalı dairə çərçivəsində özünün müharibələr seriyalarını bu günümüzə qədər davam etdirməkdədir.
Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var - itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi və s. düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə kökləyirdi. Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlublar isə itirdiklərini bərpa etmək üçün yenidən savaşmalı olacaqdılar.
Məğlublar həyatı ilə birlikdə həyatı davam etdirmək üçün zəruri olan hər şeyini itirirdilər. Qaliblərin də nəsibi məğlubların taleyindən çox fərqlənmirdi. Onların da itkiləri olurdu. Bütün dövrlərdə hər bir qalibiyyət qan bahasına əldə olunub. Müharibə qalibiyyətlə yekunlaşsa belə, yaxınlarını müharibədə itirən qaliblərin də nifrəti tükənmir, əksinə nəsildən-nəsilə keçərək davam edirdi. Beləcə qalibiyyət də daha sonra rahat yaşamaq və bir daha itkilərlə üzləşməmək, nifrətdən uzaq və xoşbəxt həyat yaşamaq anlamına gəlmirdi.
Bu günkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşaiyət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır.
Lakin yeganə bir fərq var – tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Bu gün o sevincin və o xoşbəxtliyin həmişəlik sahibi Azərbaycan xalqıdır. Ölkənin baş meydanında keçirilən Zəfər Paradı -qalib Ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin tərənnümüdür. Zəfər Paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs vətən sevgisinin təzahürüdür. Zəfər yalnız qalib xalqın alnına və birdəfəlik yazılır. İtkilərimiz olsa belə Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı Möhtəşəm Zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt həyata səsləyir. Bu Zəfərdən sonra düşmənə nifrətimizi Qarabağın hər addımına sevgimizlə əvəz edəcəyik, bütün gücümüzü gələcək nəsillərin daha xoşbəxt və daha firavan yaşamasına yönəldəcəyik. Zəfər Paradı yalnız zəfərlərlə davam edəcək Yeni Həyatın başlanğıc addımıdır. Bu addımlar xalqımıza yeni və daha parlaq zəfərlər gətirəcək. Zəfər Bayramınız mübarək!
Cavanşir Feyziyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu