azadses.az » Cəmiyyət » Sumqayıt Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir-Foto

Sumqayıt Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanları uğurla davam edir-Foto

İmtahan sessiyası tədris planlarına uyğun olaraq, 30 dekabr 2019-cu il tarixindən başlayıb, 02 fevral 2020-ci il tarixinədək davam edəcəkdir. Yanvarın 22-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2019–2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü keçirildi. Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. Tələbələrin yazılı sənədləri imtahan başa çatdıqdan sonra kodlaşdırılır, yoxlanılması üçün dəvət edilmiş müəllimlərə təhvil verilir. Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların araşdırılması və aradan qaldırılması məqsədi ilə İmtahan qərargahı və «Qaynar xətt» fəaliyyət göstərir. İmtahan keçirilən tədris binalarında “Müraciət və təkliflər” qutuları yerləşdirilib. İmtahanların gedişi auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə də izlənilir, koordinatorlar tərəfindən nəzarət olunur. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyası da yaradılıb. Apellyasiya komissiyası istənilən məsələdə tələbənin şikayətlərini qəbul edir və əsaslıdırsa, təmin edir. Prorektor onu da diqqətə çatdırdı ki, imtahanların bu üsulla aparılması tam obyektivliyin təmin olunmasına xidmət edir. Sessiyanın obyektiv və qaydalara uyğun təşkilinə kömək məqsədilə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyətinin üzvləri fəal iştirak edirlər. Həmçinin ictimaiyyət və KİV nümayəndələri, valideynlər üçün vaxtaşırı “Açıq qapı” günü təşkil olunur. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecdə də imtahanlar eyni qaydada həyata keçirilir. Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi haqqında məlumat verdi. Bildirdi ki, imtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək əsas iş prinsipidir. Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Bundan sonra müəllim yoxlamaya başlayır. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır. Diqqət tələb edən bu prosesin tətbiqi olduqca zəruridir. Çünki bu halda imtahanı yoxlayan müəllim hansı tələbənin cavabını yoxladığını bilmir, bu da yoxlama prosesinə subyektiv yanaşmanı aradan qaldırır və nəticədə daha obyektiv qiymətləndirmə aparılmış olur. Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar. Müşahidəçilər imtahanların gedişini izləmək üçün auditoriyalarda oldular. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada müəllim-əlaqələndiricilərin nəzarət etmələrini, imtahan prosesində baş verə biləcək mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndirdilər. İmtahan prosesinin müşahidəsi zamanı bir qrup tələbə İctimai Şuranın üzvləri ilə imtahan təəssüratlarını bölüşdülər.Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. Qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib